Almaniyada bir kişi komandasında ilk qadın baş məşqçi olan İmke Vöbbenhorst maraqlı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, "Kloppenburq"u çalışdıran mütəxəssisin səsləndirdiyi fikirlər ölkədə geniş müzakirələrə səbəb olub. Belə ki, bir jurnalistin "Soyunub-geyinmə otağına girəndə oyunçuların özlərini örtməsini tələb edirsiniz?" sualına Vöbbenhorst "Əlbəttə yox. Mən peşəkaram. Seçimləri oyunçuların penis ölçüsünə görə edirəm" cavabını verib.
Qeyd edək ki, keçmiş futbolçu olan Vöbbenhorst Almaniya milli komandasında oynayıb.
Elçin
Milli.Az