Maraqlı

Deputatdan parlamentə qəribə müraciət: İcazə verin, robotu işə götürüm

19 Yanvar 2019 15:14
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Dumasının RLDP-dən olan deputatı Vasili Vlasov parlamentin aşağı palatasına xahişlə müraciət edib ki, ona robot-androidi işə götürməyə icazə versin.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, deputat özünün vətəndaşların şikayətlərini qəbul edən köməkçisini robot-androidlə əvəz etmək niyyətində deyil. Sadəcə, hesab edir ki, başı, əlləri və bədəni olan maşın-adam partiyanın və Vlasovun özünün deputat kimi fəaliyyəti barədə ziyarətçilərinə məlumat verəcək, həm də pulsuz işləyəcək.

Vlasov həmçinin qeyd edib ki, artıq "Sberbank"la (Əmanət Bankı) ona bu cür robotu vermələri barədə danışıb. Çünki elə robotlar bank şöbələrində işləyirlər. Sadəcə, həmin robotu Dövlət Dumasına gətirmək üçün lazımi sənədləşməni həyata keçirmək lazımdır.

Deputat əlavə edib ki, Rusiyanın mövcud qanunvericiliyində robotlardan iş prosesində necə istifadə etməklə bağlı heç nə yoxdur. Odur ki, robotlardan istifadənin hüquqi tənzimlənməsinin izahını istəyir.

Daha əvvəl Vlasov köməkçisinin yazdığı və yüzlərlə ali təhsil müəssisəsinə göndərdiyi məktubun mətnindəki orfoqrafik səhvləri izah edərək bildirmişdi ki, onun rus dilini bildiyinə əmindir. "Sadəcə böyük həcmdə sənədlər bəzən müəyyən sözlərin düzgün yazılışına təsir göstərir" - deyə o bildirmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.