Maraqlı

"Sevgilimin başını qopartmaq istəyirdim" - Maradona

19 Yanvar 2019 07:53
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Argentina millisinin hazırda Meksikanın "Doradosa" klubunu çalışdıran sabiq hücumçusu Diyeqo Maradona 28 yaşlı sevgilisi Rosio Oliva ilə ayrılıb və jurnalistlərlə söhbət zamanı bunu açıqlamamaq barədə əldə etdikləri razılaşmanın şərtlərini pozduğuna görə qadını məhkəməyə verib. Diyeqo həmçinin qadını və onun ailəsini daha əvvəl hədiyyə etdiyi mənzildən də çıxartmaq niyyətindədir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "La Red" televiziya verilişinə istinadən "The Sun" nəşri yazıb.

"Mən arvadını döyən kişilərdən deyiləm, lakin Rosionun başını qopartmaq istəyirdim. O öz məzuniyyətini mənim pullarımla keçirir. Düzünü desəm, mən axmaq olmuşam. Lakin indi o mənim həyatımda yoxdur. O özünü çox pis aparıb? Bununla vəkil məşğul olacaq.

Onun ailəsinə hədiyyə etdiyim ev, mənə məxsusdur. Onu özümdə saxlamaq istəyirəm. Mən Şaxta Baba deyiləm ki, düşüm küçələrə və insanlardan nə istədiklərini soruşum. Mən də digərləri kimi işləyirəm", - deyə 58 yaşlı futbolçu "La Red" verilişinin efirində bildirib.

Bundan əvvəl Maradona əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.