Maraqlı

Bu qidalar müsbət əhvali-ruhiyyə yaradır

20 Yanvar 2019 23:25
0 Şərh     Baxış: 2 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyatda çox əhəmiyyətli məsələlərdən biri də necə düşünmək, necə danışmaq və dünyaya baxışdır. Pozitiv danışmaq və düşünmək bacarığı özü də bir qabiliyyətdir və heç də az əhəmiyyət daşımır. Çox vaxt həmin məsələdə ovqatın necə olmağı və əhvali-ruhiyyə əsas rol oynayır.

Əhvali-ruhiyyənin necəliyi və bizi əhatə edən dünyaya münasibətimiz sağlamlığa təsir göstərir, həmçinin müəyyən hadisələrə və insanlara münasibətimizi həll edir. Hər kəs öz həyatını enerji ilə idarə edir və həmin enerjinin müsbət və mənfi olmağından çox şey asılıdır. Bəzən emosional problemlərin və fiziki xəstəliklərin səbəbi əhvali-ruhiyyə və düşüncə olur. Mənfi fikirlər paxıllıq, qorxu, kədər və xoşagəlməz əhvali-ruhiyyə yaradır, orqanizmdə təhlükəli fizioloji proseslərin yaranmasına səbəb olur. Pozitiv fikirlər isə inam hissi yaradır, ovqatı yaxşılaşdırır, orqanizmə müsbət təsir göstərir, əsəb sistemini möhkəmləndirir, xeyirxah və xoş duyğular oyadır. Yaxşı əhvali-ruhiyyə pozitiv keyfiyyətləri yüksəldir və həyat eşqini gücləndirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir sıra üsullardan istifadə etməklə müsbət əhvali-ruhiyyəyə sahib olmaq mümkündür.

Bir qədər zəncəfil balla qarışdırılır və qoz boyda həblər hazırlanaraq gündə 2-3 dəfə yeməkdən əvvəl qəbul edilir. Müalicə iki həftəyədək aparılır.

Andız kökü xırdalanaraq döyülür, 30 qram 1 stəkan qaynar suda dəmlənir və süzülür, 2 çay qaşığı bal əlavə edilir və yarıya bölünərək gündə iki dəfə içilir.

Qızılgül ləçəklərinin üstünə su əlavə edilərək ləçəklər ağarana qədər gözlənir, sonra süzülür, gündə 4-5 dəfə hər dəfə yarım stəkan qəbul edilir.

Bədrənc bitkisinin çiçəklərini iyləmək məyusluğu, qəmginliyi dəf edir, əhvali-ruhiyyəni yüksəldir. 30 qram bədrənc yarpaqları xırdalanaraq 1 stəkan suda qaynadılır və süzülür. Alınan cövhər gündə iki dəfə hər dəfə 1 stəkan 1 çay qaşığı balla içilir.

Çiy halda kələm yemək, qaynadıb suyunu içmək, kələm xörəkləri yemək məsləhət görülür.

Yerkökü mürəbbəsi, xüsusilə balla bişiriləni əhvali-ruhiyyənin yaxşılaşmasına müsbət təsir edir.

Saqqız ağacının meyvəsi yeyilir, yaxud dəmlənilib suyu içilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.