Maraqlı

Blokçeyn populyarlaşır

19 Yanvar 2019 08:40
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil telefon və kredit kartları üçün çip istehsalçısı "Gemalto" şirkətinin araşdırmasına görə, 2018-ci ildə  şirkətlər "Əşyalar interneti"nin (IoT) təhlükəsizliyi üçün blokçeyn texnologiyasından iki dəfə daha çox istifadə ediblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, müxtəlif ölkələrdə biznes və informasiya texnologiyaları üzrə qərarların qəbuluna məsuliyyət daşıyan təxminən 950 rəhbər arasında sorğu keçirilib. Respondentlərin 23%-i "IoT" avadanlıqların təhlükəsizliyinin təmini üçün blokçeyn texnologiyasını mükəmməl həll hesab edirlər. Həm də hazırda sözügedən texnologiyanı tətbiq etməyən təşkilatların 91%-i gələcəkdə ondan istifadə etmək barədə düşünürlər.
 
Yaxın Şərq ölkələrində keçirilmiş sorğu iştirakçılarının 73%-i bildirib ki, onlar "Əşyalar interneti"nin təhlükəsizliyinin təmini üçün blokçeyn texnologiyasından istifadəni öyrənməyə çalışırlar. Hindistanda belə respondentlərin sayı 68%, ABŞ-da isə 56% təşkil edib.
 
Rəyi soruşulmuşların 29%-i bildirib ki, "Əşyalar interneti"nin təhlükəsizliyinin təmini üçün biometrik məlumatlardan istifadə edirlər, 40% isə bunu planlaşdırır.
 
Respondentlərin 71%-nin sözlərinə görə, onların şirkəti "IoT" məlumatlarını şifrləyir. Şirkətlərin 66%-i paroldan, 38%-i isə ikimərhələli autentifikasiyadan istifadə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.