Maraqlı

Yeni Motorola RAZR hazırlanır

19 Yanvar 2019 07:01
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

The Wall Street Journal saytının verdiyi məlumata əsasən Lenovo şirkəti bir vaxtlar məşhur olmuş Motorola RAZR modelini geri qaytarmaq istəyir. Lakin yeni Motorola RAZR barəsində məlumat çox azdır. Saytın verdiyi məlumata əsasən yeni Motorola RAZR modeli Galaxy F kimi əyilə bilən ekrana sahib olacaq. Lakin smartfonun hansı əməliyyat sistemi vasitəsilə çalışacağı məlum deyil.

Nəzərə alsaq ki, Lenovo və Motorola smartfonları Android əməliyyat sistemi ilə çalışırlar, burdan da belə qənaətə gəlmək olar ki, yeni Motorola RAZR modeli də məhz Android əməliyyat sistemi vasitəsilə çalışacaq. Şirkət 200.000 ədəd yeni Motorola RAZR modelini satışa çıxartmaq istəyir.

Milli.Az technote.az-a istinadən bildirir ki,  şirkət sözügedən smartfonu artıq gələn ay satışa çıxarda bilər. Bu halda smartfon eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatoru tərəfindən satılacaq və 1500$ qiymətinə sahib olacaq. Qeyd etmək lazımdır ki, bu, yeni Motorola RAZR modeli barəsində ortaya çıxmış ilk məlumat deyil. Hələ keçən il Lenovo şirkətinin general direktoru bildirmişdi ki, şirkət retro telefonu geri qaytara bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.