Maraqlı

“CinemaPlus”da “Kafalar karışıq” filminin nümayişi keçirilib - FOTO

17 Yanvar 2019 14:22
Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"CinemaPlus"da "Kafalar karışıq" filminin nümayişi keçirilib.

Milli.Az xəbər verir ki, "28 Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Kafalar karışıq" türk komediya filminin mətbuat nümayəndələri uçün nümayişi keçirilmişdir.

Xüsusi maraqlı bir fakt odur ki, baş rol ifaçıları olan məşhur türk vaynerlər öz obrazlarını əks etdirmişdirlər.

Filmin rejissoru: Yücel Yolcu. Baş rollarda: Atakan Özyurt, Bilal Hancı, Fatih Yasin, Metin Akpınar və Feride Hilal Akin.

Film haqqında qısa məlumat: Atakan varlı bir ailənin qızı olan Buseyə aşiqdir. Evlənmələrinə tək mane isə Busənin babasıdır. Atakan da Buse ilə evlənmək üçün tək çarə olaraq Busenin illər əvvəl itkin düşmüş atasını tapmağa qərar verir. Keçmiş dostlar Fatih və Bilal da, əlbəttə, bu macərada Atakana yoldaşlıq edəcəklər. Kafalar axtarışları nəticəsində Antalya yollarına düşəcəklər və işlərin qarmaqarışıq bir hal almasıyla hərəkətli və gülməli bir macəra başlayacaqdır.

"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
KAFALAR KARIŞIK | FRAGMAN

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.