Maraqlı

Ərinizin başqa qadınlara maraq göstərməsini istəmirsinizsə, BUNLARI EDİN - Gecə YATMAZDAN ƏVVƏL...

10 Fevral 2019 20:19
27 Şərh     Baxış: 16 240

Hər bir insan bilməlidir ki, biz hamımız mütəmadi olaraq təmizlənməliyik. Hətta ən lüks ev və gözəl mebelləri də mütəmadi olaraq təmizləmək lazımdır. Evimiz çox gözəl olsa və meqapolisdən uzaq məsafədə yerləşsə də, toz yığılır. İnsanda da eyni hadisə baş verir. İstəsək də, istəməsək də insan bədəni və ruhu daimi olaraq həm həqiqi, həm də məcazi mənada çirkin təsirlərinə məruz qalır.

Milli.Az xəbər verir ki, daimi təmizlənmə Şərq təbabətində və Şərq psixologiyasında çox vacibdir.

İnsan bədəni elə yaradılıb ki, gündüzlər qidaya ehtiyac duyur, axşamlar isə müəyyən miqdarda şlaklar ifraz edir. Odur ki, Şərq təbabəti gecə kremlərindən istifadə etməyi tövsiyə etmir. Dəri gecələr kremləri əmə bilmir, hətta oksigenin dəriyə daxil olub nəfəs almasına maneə törətdiyinə inanılır. "Ayurveda"da (Hindistanda, həmçinin Cənubi, Cənub-Şərqi, və Qərbi Asiyada geniş yayılmış tibb sistemi) deyilir ki, xəstəliklərimizin 95%-i bağırsaqlarda şlaklar yığılmasından yaranır. Müasir britaniyalı alimlər bununla razıdır. Onlar da hesab edir ki, şlaklar maddələr mübadiləsini pozur.

Fiziki bədən təmizliyi üçün

Gündə ən azı 2 dəfə duş qəbul etmək lazımdır. Birincisi, səhərlər duş almalıyıq, çünki orqanizmimiz səhər saat 9-a qədər şlakları ifraz edir və biz bu müddətdən əvvəl yuyunsaq, onlar geri qayıtmağa başlayacaq. Gecələr isə gərginliyi azaltmaq üçün yatağa girməzdən 2 saat əvvəl duş qəbul etməliyik. Yatağa getməmişdən dərhal əvvəl dabanları soyuq su ilə yuyun, çünki gün ərzində ona mənfi enerji yığılır.

"Ayurveda"ya görə, bağırsaqların səhər təmizlənməsi çox vacibdir, bu səbəbdən də həzm prosesini qaydasına salmaq lazımdır.

Hər səhər dili təmizləmək lazımdır, çünki şlakların çoxu dişlər üzərində deyil, dildə yığılır. Gecə yatmazdan əvvəl zərərli və yağlı nə isə yemisinizsə, səhər duran kimi dilin üzərinə baxın - ağ maddə toplanacaq. Bu, çox zərərli və toksikdir. Bütün yoqlar səhər dillərini mütləq təmizləyir.

Sağlam qidalanmaq və yerli məhsullara üstünlük vermək vacibdir.

Əlbəttə ki, bədənin mütəmadi olaraq təmizlənməsi lazımdır. Bu zaman fiziki və ruhi xəstəliklərin çoxu onu tərk edir. İldə bir dəfə bağırsaq və qaraciyəri, ildə iki dəfə böyrəkləri təmizləyən detokslar həyata keçirin. Bədənin vəziyyəti zehnə təsir edir. Bədən çirklənmədiyi zaman insanın ağlına daha yaradıcı ideyalar gəlir və özünü daha yaxşı hiss edir. Şlaklar və funksiyası zəifləyən öd mənfi emosiyaların təzahürünü stimullaşdırırlar. Odur ki, onları orqanizmdən dərhal xaric etmək lazımdır.

Emosional səviyyədə təmizləmə

Emosional vəziyyət fiziki bədənə təsir göstərir. Odur ki, zehni və emosional problemləri də təmizləmək çox vacibdir. Hətta müasir həkimlər bir çox fiziki xəstəliklərin mənfi düşüncələrdən və duyğulardan meydana gəldiyi qənaətinə gəlib. Əgər hər hansı bir şəxs pessimist və ya başqası haqqında pis düşünürsə, bu, mütləq özünə də təsir göstərəcək.

Emosional təmizləmə üçün

Mənfi duyğulardan xilas olmağa cəhd edin. Hiddət duyğuları xüsusilə dağıdıcıdır, onlar bədəndə təhlükəli biokimyəvi prosesləri dərhal aktivləşdir. Odur ki, qeydinizə qalın və mənfi düşüncələrdən qaçın, çünki onlar həyatımızı çətinləşdirir.

Hətta emosiyalarınıza ciddi nəzarət etsəniz də başqasının təsiri altına düşə bilərsiniz. Fiziki bədəni ləkələyə bildiyiniz kimi, emosional bədəni də çirkləndirə bilərsiniz. Məsələn, neqativ və yaxud müasir psixologiyada deyildiyi kimi resursları olmayan qorxaq bir şəxslə söhbət etdiyiniz zaman bu ruh halına yoluxmuş ola bilərsiniz. Göründüyü kimi, bundan əvvəl siz sülh içində yaşayırdınız, amma ünsiyyətdən sonra eyni qorxuları keçirməyə başlayırısnız. Bütün bunlar emosional vəziyyəti pozur və bu problemlər zamanla fiziki səviyyədə özünü göstərməyə başlayır. İnsan həyatına müəyyən bir reallığı cəlb edir və nəticədə nə karyerada, nə də şəxsi həyatda heç bir nailiyyət qazana bilmir.

Xatirələrdən asılı olmayın

Xatirələr müəyyən təcrübənin reallaşdırılması üçün bizə lazımdır. Əgər biz iki dəfə eyni yolla getməyə cəhd etmişiksə və ikisində də yıxılmışıqsa, deməli, orada çuxur var. Bu, o deməkdir ki, üçüncü dəfə o yolla getmək lazım deyil. Bununla birlikdə insan əksər hallarda keçmiş haqqında heyfislənir və gələcək barədə xəyallar qurur. Amma bizə güc indi ilə yaşamaq üçün verilir. Enerjini ən çox neqativ xatirələr və incikliklər aparır. Məsələn, elə insan var ki, məktəblə bağlı acı xatirəsini heç vaxt unutmur, şüurlu şəkildə beynində saxlayır. Bəzi elmi tədqiqatlar hətta göstərir ki, xərçəng kimi bir çox ağır xəstəliklərə incikliklər səbəb olur. Xatirələri boğmaq və ya onlara məhəl qoymamaq lazım deyil. Amma xatirələr gəlirsə, onları rəngləmədən, emosional baxımdan bəzəmədən müşahidə etmək lazımdır; bəli, bu baş verdi və keçdi. Belə sxem çəkməyə dəyər: düz xətt çəkin və başınıza gələn bütün xoşagəlməz dövrləri qeyd edin. Bu nöqtələrdə çiçəklər və ya sizdə sevgiylə assosiasiya edilən başqa işarələr çəkin. Eşq enerjisinin bu dövrləri necə doldurduğunu təsəvvür edin. Ayini bir-iki dəfə səmimiyyətlə etsəniz, bir qayda olaraq mənfi fikirlər atılır.

Emosional təmizləmə üçün səhər-axşam duş almaq məqsədəuyğundur. Hətta suyun altında "Azarım-bezarım bu su ilə axıb getsin" demək olar. Bu, slavyan təbiblərin müalicə üsullarına daxildir. Eyni zamanda xoşagəlməz olan hər şeyin sizi su ilə birlikdə tərk etdiyini təsəvvür etmək lazımdır.

Daha sonra sizə faydalı nə isə öyrədə bilən maraqlı və müdrik insanlarla söhbət edin.

Yüngül meditasiya formaları çox faydalıdır. İndi bir çox insan fikirləşir ki, meditasiya ilə məşğul olmaq üçün ya yoq olmalı, ya da Himalay dağlarında yaşamalıdır. Ancaq belə deyil. Əgər axşam işdən kədərli gəlmisinizsə, meditasiya yolu ilə sakitləşməyə çalışın. Duş qəbul edib televizoru söndürün. Sükutda 10 dəqiqə oturub nəfəs texnikasını yerinə yetirin və ağlınızın səsini dinləyin.

Yoqlar iddia edir ki, "pranayama" sistemi (Nəfəs texnikası) ilə bütün mənfilər havaya sovrulub gedir. O cümlədən "Hər kəsə ilahi məhəbbət arzulayıram" və ya "Hər kəsə xoşbəxtlik arzulayıram" deməklə sevgi və xoşbəxtlik enerjisinin hər bir hüceyrəni necə sarsıtdığını hiss edə və sizdən digər insanlara ötürüldüyünü təsəvvür edə bilərsiniz. Sevgi selini ilk növbədə sizi incidənlərə ötürün, bu, şüuru təmizləyir.

Mənəvi səviyyədə təmizləmə

Mənəvi səviyyədə təmizləmə vəziyyətimizin harmonizasiyasıdır. Biz əsasən qarşılıqsız sevgi ilə yaşamağa məhkumuq. Həyatımızda eqoizm, neqativ emosiyalar və qorxu nə qədər çox olarsa, karma bir o qədər güclü pozulur.

Mənəvi səviyyədə təmizləmə üçün tövbə etmək lazımdır, bu, rahatlaşmağa çox kömək edir. Bir səhv etmisinizsə, onun mənfi təsirindən xilas olmaq tövbə etmək məcburiyyətindəsiniz. Başlıcası özünü, daha sonra isə sizi incidənləri bağışlaya bilmək çox vacibdir.

Əlavə olaraq təmənnasız fəaliyyət pis karmadan təmizləməyə kömək edir. Başqaları üçün faydalı bir iş görmək və bunu heç kəsin gözünə soxmadan etmək sizə qəlb rahatlığı vəd edir.

Hər işin qaydasında getdiyini göstərən iki əlamət mövcuddur:

Birinci: Həyatınızın hər keçən gün, hətta hər keçən saat daha da gözəlləşdiyini və daha yaxşı olduğunu hiss edirsiniz və bu, daimi bir hissdir. Bu dadlı nə isə yedikdən sonra və ya sekslə məşğul olduqdan sonra yaranan duyğulara bərabər deyil. Ümumiyyətlə, bu həyat hissi və daimi daxili əhval-ruhiyyədir.

İkinci: Hər ötən gün başqaları ilə münasibətləriniz yaxşılaşır.

Evin təmizlənməsi

Qədim Hindistanın Vastu təlimləri haqqında çox az adam eşidib. Onun slavyanlar tərəfindən yaradıldığına inanılır. İddia edilir ki, buddist rahiblər bu təlimin elementləri mənimsəyərək Çinə aparıb və orada Vastu əsasında Feng Şui təlimi formalaşdırıb.

Vastu təliminin əsas tövsiyələri

Evə zir-zibil yığılmamalıdır. Evin girişinin təmiz və gözəl olması xüsusilə vacibdir. Qapıda xarab nə isə və atılmış zibil varsa, bunun müsbət enerjini evə daxil olmasını çətinləşdirdiyinə inanılır.

Evin özünün də təmiz olması çox vacibdir. Əgər ev çirklidirsə, yığılan neqativ nəticəsində düşüncələr tıxanır və ailədaxili münaqişələr yaranmağa başlayır.

Evdə əlavə əşyalar olmamalıdır. Əlbəttə, ailə və ya dini əşyalara diqqət yetirməliyik. Amma digər hallarda köhnə əşyalar evə mənfi enerji cəlb edir. Slavyan inancları xəstə və ölən insana məxsus olan şeylərdən qurtulmağı tövsiyə edir.

Köhnə şeyləri atın, onlar təklik, bədbəxtlik və problem rəmzi sayılan Saturn enerjisinə malikdir. İçi istifadə olunmayan köhnə əşyalarla dolu şkaf imkan vermir ki, yeni enerji evə girsin. Və siz həqiqətən az qazanmağa başlayırsınız. Ən yaxşısı, istifadə olunmayan əşyaları ehtiyacı olanlara paylamaqdır. Bir qadın ikinci dəfə evlənərsə, digəri ilə görüşdüyü paltarları atması lazımdır. Bu, xüsusilə alt paltarlarına və yataq dəstlərinə aiddir. Bütün bunlar xarici enerji daşıyır və kişi şüuraltı bunu hiss edəcək. O, nə üçün qəzəbləndiyini bilmir, amma həyat yoldaşına qarşı münasibətində dəyişiklik hiss olunmağa başlayacaq.

Əvvəlki nikahdan qalan köhnə əşyaların yeni ailəni məhv etdiyinə inanılır. Əgər ciddi xəstəliyiniz varsa və həyati bir təhlükə yaranarsa, sağaldıqdan sonra xəstə ikən geyindiyiniz paltarları atmaq, yataq üzlərindən qurtulmaq lazımdır. Ancaq köhnə paltarları saxlamağın mümkün halları və lazım olduğu vəziyyətlər var. Məsələn, xoşbəxt nikahı olan bir qadının hər hansı paltarı ilə bağlı gözəl xatirələri varsa, onu saxlaya bilər. Belə bir geyimin qorunub saxlanılamasına icazə verilir, onu hətta qızına hədiyyə edə bilər, çünki bu, müsbət enerji daşıyır.

Qırıq və cırıq şeyləri təəssüfsüz atın

Evdə polyesterdən və sintetik kimi süni materiallardan hazırlanmış əşyalar mümkün qədər az olmalıdır. Ev üçün heç bir halda süni çiçəkləri almayın: onlar Venera enerjisini alıb evə yoxsulluq gətirirlər. Onlar yalnız dəfn mərasimi üçün alına bilər.

Evimizdən asılan şəkillər çox diqqətlə seçilməlidir. Ölümlə əlaqəli heç bir şey olmamalıdır. Divarlardan qeyri-harmonik rəsmlər asmayın. Bütün estetik rəsmlər, gözəl mənzərələr, çiçəklər şəkillər evdəki enerjiyə təsir edir. Gənclər öz otaqlarını sevimli musiqiçi və aktyorların posterləri ilə bəzəyir. Bu sırada yarıçılpaq qadınların və ya təcavüzkar, qəddar üzlü kişilərin təsvirləri çox zərərlidir, çünki şəkillər birbaşa şüuraltına təsir göstərir.

Evin həmişə gözəl və rahat olmasına diqqət edin. Təbii materiallardan hazırlanan zərif, gözəl əşyalar xoşbəxt evlilik və maddi rifah rəmzi sayılan - Venera enerjisini evə gətirir. Əgər evin dizaynı həddən çox sadə və minimalistdirsə, hansısa mərhələdə kişidə şüuraltı olaraq başqa qadınlara maraq yaranır. Çünki o, sevginin və rahatlığın enerjisinə ehtiyac duyur. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    user · 10 Fevral 20:32115

    menım ıcın axsamları uyumdan əvvəl baxı agrımasın bəsdır ..

    Cavab yaz
    • Anonim
      PRiNS · 10 Fevral 20:43200

      Gör neyi behane tutursunuz?! Qadının başı ağrıyırsa sen başqa qadınlara baxmalısan? Berk xeste olsa nece, çöle tullayarsan yeqin. Kömeksiz atįb gedersen. Çoxdur senin kimisi..

      Cavab yaz
      • Anonim
        Arzu · 10 Fevral 21:45185

        Bos sohbetdı kısılerın 99 Faızı xeyanet edır hamsına nıfret edırem en basda da evdekıne

        Cavab yaz
        • Anonim
          PRiNS · 10 Fevral 22:1261

          Qadınlar hamını öz erine benzedir. Istenilen meselede. Heç ne ele-bele yaranmır. Ele xeyanet de.

          Cavab yaz
        • Anonim
          user · 10 Fevral 22:12213

          erın xeyanet edırse özüne meraqlan sonra erine meraqlan

          Cavab yaz
        • Anonim
          Meymun · 12 Fevral 08:0100

          Yaxşı arvadn əri gözləri orda burda olmaz

          Cavab yaz
      • Anonim
        user · 10 Fevral 22:1267

        PRiNS sen get ıran farsların saytına merqalan

        Cavab yaz
  • Anonim
    ƏSİ. · 10 Fevral 22:34143

    Kişilər səbəbsizdə xəyanət edir.İdeal belə olsan...

    Cavab yaz
    • Anonim
      PRiNS · 10 Fevral 23:0210

      Salam. Sebebini deyim?))

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 10 Fevral 23:1200

        Aleykum salam.Buyur:)

        Cavab yaz
        • Anonim
          PRiNS · 10 Fevral 23:3886

          Bir çox növlerden ferqli olaraq Insan ömürlük cüt emele getirib yasayan növ deyil(meselen, canavar, ekser quslar). Magara dövründe poliqamiya (çox"nikah"lįlıq) hakim olmasi askardir. Beli, insan esl, tebii olaraq cüt deyil. Onun yaratdigi cütler müveqqeti xarakter dasiyiri. AiLE beşeri illüziyalarin en böyüklerinden biridir. Aile süni qanundur, tebietin ziddinedir. Insan cavanliginda poliqamiyaya meyilliyi mehz buna goredir.

          Cavab yaz
          • Anonim
            ƏSİ. · 11 Fevral 00:0541

            Əhsən:).Buna görə də,çox şeyin dərininə getmək olmur,demək olmur.Həmişə üzdən,amma bilərəkdən:))Heç nə sübut etməyə çalışma,çünki onsuzda hər şeyin bir səbəbi,düz-ü var...Süni yaranan hər illuziyanın,müqəddəsliyin isə bir sonu olacaq.Bu yaxşıdır,yoxsa pis??Hər halda mübahisəlidir:).

            Cavab yaz
            • Anonim
              PRiNS · 11 Fevral 14:2431

              Teşekkür edirem, ESi xanım. Sizinle tam da raziyam. Bu yeqin ele bu cür de olasıdi. Bize de olsa-olsa verdiyimiz söze, atdigimiz imzaya merdlikle sadiq qalmaq düsür. Men bunun terefdariyam.

        • Anonim
          PRiNS · 10 Fevral 23:4861

          Müasirleşme tebiete qayidisa sebeb olacaqmi, bilmirem. Ancaq biz qoydugumuz minillik qaydalarin mentiqsizlerini seçib atacaq. Belke de cemiyyet yaşayacaq, her halda uzun mûddet süni, saxta, qurama qaydalar insana yol göstermeyecek...

          Cavab yaz
  • Anonim
    Ilhame · 10 Fevral 23:1761

    He kisiler hamisi xeyanetkardir ozlerine evde ele gostererlki ele bil hec xeyanet etmeyibler ve sen bunu bilirsen bax bu pisdi

    Cavab yaz
    • Anonim
      Çayxor · 11 Fevral 00:3552

      Ay qızlar çox eziyyet çekmeyin,yemeyine şiçan dermanı atın i vse.problemi kökünden hell etmiş olassız.her şey bir yana,boş şeylerle başınızı ağrıtmayın.eger o kişinin qanı zaydısa,neynesezde xeyri yoxdu.heyatınızı yaşayın,özünüze deyer verinki,kenardakılarda sizi deyerlendirsin.bir az elçatmaz olmağa çalışın.

      Cavab yaz
    • Anonim
      Ramin · 11 Fevral 04:16132

      Fikrinizdə yanılırsınız mən sevdiyimə xəyanət etməmişəm nə subaylıqda nədə evli olduğum illərdə. Heç ağlımada gəlməyib bu tek məndən asılı olmayıb. Esas men olsam bele qarşımdakınida neçə başa salmışamki bu səbəbdən olarki xəyanət edərəm anatomik səbəbdən sən bacar bu səbəbi yaşatma mənə məndə fikrimdən belə keçməyən çox pis bildiyim,özümə yarasdirmadiqim bir işi xəyanəti edim özümden asili olamayan sebebden.Kişi daha azad olduqundan cox seytan xisletlilere rast gelir ve bu hansi vaxtda harda rast gelmeyindende daha cox asilidir.Həmin o cox asili sebeb olan vaxt sebebide qadin verir.Oda bunu tam mənasıynan başa düşmusdu əlindən gələni təbiiki çərçivədə haramlardan çəkinərək edirdi. Sadəcə olaraq insan özünü tanımalı və reallığı deməlidir yoxsa sevirəm etmərəm dememelidir. Sebeblerdən 1ci nefs 2ci seytan 3cu ehtiyac ola biler.Təbiiki bunlardan evvel en esas Yaradanini bilmeli,sevmeli,günahlara,qul haqqina gore ezabini bilib qorxmalidi.

      Cavab yaz
      • Anonim
        əliyeva · 11 Fevral 10:1750

        ehsen

        Cavab yaz
      • Anonim
        Ramin · 11 Fevral 19:4710

        Kişi ya qadin ferq etməz cinsinin xəyanət edənin bir adi var FAHİŞƏ.Cox kişi razılaşmaya biler ama soruşsanizki qadin xəyanət edirsə faişedirmi?razılaşacaq ama kişi yox deye cek. Ama qebullanmasada reallıqdır. Xəyanət 1ci böyük günahdır 2ci böyük sehvdir.Sizcə razılaşmayanlar bu fikirnen günahın,səhvin cinsi olurmu?Olmur deməli bu günahi eden zinakar,səhvi edeninde bir adi var FAHİŞƏ.Xeyanet fahişelikdi fahişeliknen məşqul olanda Fahişedir.

        Cavab yaz
  • Anonim
    *(*(*)*)* · 11 Fevral 11:0651

    Gəzən kişi gəzir. İstəyirsən nə edirsən elə təmizlik gözəllik boş şeydi.

    Cavab yaz
  • Anonim
    ****** · 11 Fevral 12:0540

    NƏ QƏDƏR GÖZƏL MƏSLƏHƏTLƏRYAZILIB -- OXUYUB ƏMƏL ETMƏK LAZIMDIR---CİMMƏK SƏHƏR AXŞAM ---COX ƏLA ---İNSANLAR VAR AYDA ON GÜNDƏ HƏFTƏDƏ BİR DƏFƏ CİMİR ƏLBƏTDƏ XƏSTƏ OLACAQ İNGİLİS ALNINA TƏR GƏLDİ CİMİR YUYUNUR ONA GÖRƏ SAĞLAMDIRLAR DÜNYANI İDARƏ EDİRLƏR ABTOBUSA MİNMİŞDİM YANIMDA BİR QADIN OTURMUŞDU ÜFUNƏT İYİSİ VERİRDİ BAKIYA QƏDƏR NƏ CƏKDİM ALLAH BİLİR İNSAN TEZ- TEZ CİMİB TƏMİZLƏNSƏ YAXŞIDIR.

    Cavab yaz
  • Anonim
    ****** · 11 Fevral 13:5431

    QALDI Kİ QADINLAR HEC NARAHAT OLMAYIN O HOPPANIB DÜŞƏN KİŞİLƏR SONUNDA O GÜL KİMİ BALALARININ YANINDADIRLAR.HÖVSƏLƏLİ OLUN.

    Cavab yaz
    • Anonim
      d · 11 Fevral 17:5220

      sonunda yox ele evvelinde olsunlarda balalarinin yaninda.kaftar olana neynirik onu.gezib eylenecek sora bezeib gelecek? yuxusunda

      Cavab yaz
  • Anonim
    Qaqa · 11 Fevral 16:2921

    bu tovsiyeleri oxuyana kimi er qacib onuszda basqasinin yaninda olacaq. ((

    Cavab yaz
  • Anonim
    MERYEM · 11 Fevral 17:5430

    ZINA HARAMDI..ZINA EDEN KISILERE ALLAH LENET ETSIN...NE OLUR OLSUN ESL KISI XEYANET ETMEZ,EDENEDE KSI DEYILMEZ.KISI DEDIYIN YOLDASINA SADIQ OLAR.XEYANET EDENE WEREFSIZ BIQEYRET DEYIREM MEN

    Cavab yaz
    • Anonim
      Ramin · 11 Fevral 19:5510

      Düz fikirdi.Ama her şeyi adınnan daha adekvat menalarinnan desək daha doğru olar.XEYANET FAHİŞƏLİKDİ.XEYANETİ EDENDE FAHİŞEDİR.Ferq etməz kişi ya qadin.Günahı,səhvi edenin,cəzasınI verende bele cins ferqi qoyulmamalıdır.

      Cavab yaz
  • Anonim
    Meymun · 12 Fevral 08:0400

    Bakixanov qəsəbəsi maşın qayrma yataqxanasnda yaşayan qaçqınlar görəsən nə vaxt kocuruləcəklər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.