Maraqlı

Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir

18 Yanvar 2019 07:37
0 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın məşhur "Henn na Hotel" ("Qəribə hotel") hoteli öz vəzifəsinin öhdəsindən gəlməyən, heyət və müsafirlər üçün problemlər yaradan robot əməkdaşların yarısından çoxunu "işdən azad" edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə hotelin baş direktoru Takeosi Oi məlumat verib. O deyib ki, texnologiyalar sürətlə köhnəlir, robotların modernizasiyası isə baha başa gəlir.

"The Wall Street Journal" qəzeti bu hoteldə insanların həyatını rahatlaşdıran qurğuların qüsurlarından yazıb. Məsələn, nömrələrdə quraşdırılan köməkçi robotlar müsafirlərin xorultusunu tanıya bilmədiyi üçün onları "Nə ilə kömək edə bilərəm?" sualı ilə oyadıb.

"Henn na Hotel" 2015-ci ildə Saseboda açılıb və Ginnesin Rekordlar Kitabına düşüb. Hoteldə cəmi 243 robot işləyir. Onların yarısı yararsız sayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.