Maraqlı

"Havadan" əldə edilən enerji ilə işləyən ilk batareyasız çip təqdim edilib

18 Yanvar 2019 00:45
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin "Wiliot" startapı "National Retail Federation" (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Maraqlıdır ki, qabaqcıl çip naqil və batareyaya malik deyil, "havadan" əldə olunan enerji ilə işləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "ARM" prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu "hiss edə" və bu məlumatları şifrlənmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip "Bluetooth", "Wi-Fi" və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.