Maraqlı

"Facebook" xəbər jurnalistikasının inkişafına 300 milyon dollar investisiya yatıracaq

18 Yanvar 2019 02:30
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkəti xəbər jurnalistikasının inkişafına yönələn layihələrə 300 milyon dollar investisiya yatıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə sosial şəbəkənin bloqunda məlumat verilib.

Şirkətin vitse-prezidenti Kempbell Braun "Facebook"da həqiqətəuyğun olmayan, yalan informasiya və aşağı keyfiyyətli xəbərlərə qarşı mübarizənin davam etdiriləcəyini bildirib. Vurğulayıb ki, "Facebook" yerli xəbər təşkilatlarına kömək məqsədilə yaxın üç ildə qeyd olunan məbləği ayıracaq. Sosial şəbəkə, həmçinin jurnalist və xəbər təşkilatlarının imkanlarının inkişafına, eləcə də dayanıqlı biznes modellərinin qurulmasına kömək üçün nəzərdə tutulan layihələrdə də iştirak etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.