Maraqlı

Sılanın yeni sevgilisi adlandırılan aşpazdan İLK AÇIQLAMA - YENİLƏNİB - FOTO

17 Yanvar 2019 13:56
3 Şərh     Baxış: 3 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:56

Xəbər verdiyimiz kimi, müğənni Sıla "MasterChef" yarışması ilə məşhurlaşan Hazer Amani ilə birlikdə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, türk mediası onların sevgili olduğunu iddia edib. Görüntülərdən sonra Amani ilk dəfə açıqlama verərək yayılan xəbərləri təkzib edib:

"Sılayla yeni layihə üzərində çalışırıq. Ancaq bu barədə heç bir məlumat verə bilmərəm. Ona görə görüşdük. Üstəlik, məkandan ayrılandan sonra Sılanın evinə getməmişəm. Həyat yoldaşımla aramda heç bir problem yoxdur və Sılayla həyat yoldaşım tanış deyil".

Qeyd edək ki, görüntülərdə Sılanın içkili olması və başını Hazerin dizlərinə qoyması əks olunub.

---------
11:11

Müğənni Sıla Gencoğlu şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pop ifaçısı ötən gecə "Master Chef" yarışması ilə populyarlaşan Hazer Amani ilə görüntülənib.

Beşiktaşda bir arada olan cütlüyün maşında səmimi şəkildə qucaqlaşıb yatması diqqətdən yayınmayıb. Sıla onları çəkən KİV nümayəndələrinə reaksiya verməyib. O, mətbuatın suallarını cavabsız qoyaraq Hazerlə Nişantaşıdakı evinə gedib. Onların bir müddətdir sevgili olduğu iddia edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.