Maraqlı

Türkiyədə "nağıllar kəndi" çökdü: 732 villa boş qalıb - FOTO

17 Yanvar 2019 14:26
5 Şərh     Baxış: 4 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda 732 villadan ibarət "Burj Al Babas" adlı layihə uğursuzluğa düçar olub. Dəyəri 200 milyon dollar olan bu villalar kompleksini inşa edən şirkət müflis olub.

Milli.Az AFP-yə istinadən bildirir ki, Mudurnuda inşasına 2011-ci ildə başlanmış layihəyə əsasən, kompleksə Almaniyanın Bavariya bölgəsindəki dünyaca məşhur Norvaynştayn qəsri ilə Disneylendəki qəsrlərin qarışığını xatırladan 732 villadan, ticarət mollundan və konqres mərkəzindən ibarət olan "Burj Al Babas" ərəb alıcılar üçün nəzərdə tutulmuşdu. Daha doğrusu, kompleksin reklam kampaniyaları Qətər, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında aparılırdı.

Layihəni gerçəkləşdirən "Sarot Termal Group" uğursuzluğa düçar olub. Bir-birlərinin təkrarı olan villalardan ibarət olan kompleks qroteks təsir bağışlamaqla yanaşı, Mudurnunu ətraf mühitinə, təbiətinə və ekologiyasına da zərərli sayılıb.

Ekspertlər UNESCO-nun "Ümumdunya Mədəni İrsi" siyahısına daxil edilən, "Cittaslow" ("Sakit şəhər") adını alan Mudurnu yaxınlığında belə eybəcər layihənin gerçəkləşdirilməsinin yanlış qərar olduğunu deyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.