Maraqlı

Adnan Oktarın əsas “kedicik”lərindən biri ifadə verdi - FOTO

16 Yanvar 2019 20:04
0 Şərh     Baxış: 3 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adnan Oktar qruplaşmasının əsas "kediciklər"indən sayılan Beril Koncagül ifadə verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 8 gün prokurorluqda ifadə verən Koncagül qruplaşma daxilində zorakılıq, məcburi tatu etdirmə və çirkli pulların yuyulması kimi cinayətləri danışıb.

Adnan Oktar istintaqı çərçivəsində həbs edilən Beril Bursa həbsxanasında peşman olduğunu bildirib və qruplaşma əleyhinə ifadə verməyə razılaşıb. 8 gün prokurorluqda ifadə verən "kedicik" sərbəst buraxılıb. Koncagülün ifadəsi 100 səhifədir və onun Adnana çox yaxın olan "bacılar qrupu"nun üzvü olduğu bildirilir. Beril ifadəsində qruplaşma daxilindəki oyunları bir-bir üzə çıxarıb.

Döyülmə, televiziyada məcburi rəqs, bədənin 3-də iki hissəsinə məcburi döymə vurdurma, evə həbs edilmə, rabitə vasitələrindən məhrum edilmə, çirkli pulların yuyulması, azadlığın əlindən alınması, təhdid və şantajla bağlı Beril ifadə verib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.