Maraqlı

Müsəlman deputata qarşı irqçi hücum - "Şəhid olması məni..."

16 Yanvar 2019 22:20
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresi Nümayəndələr Palatasının ilk qadın müsəlman üzvlərindən olan Fələstin əsilli Rəşidə Tlaib irqçi hücumlara məruz qalıb.

Milli.Az xəbər verir ki, Florida ştatının təmsilçisi Anabella Lima-Taub onun haqqında "Konqresi havaya uçurması və şəhid olması məni təəccübləndirməz" sözlərini deyib.

Tvitter hesabından bu iddiaya cavab verən Rəşidə Tlaib "Bu nifrət tərkibli anti-müsəlman ifadələr öz-özünə ortaya çıxmır, prezident (Donald Tramp) bu fikirlərə sahib çıxdı və respublikaçılar da buna görə xoşbəxtdirlər" sözlərini yazıb.

Florida ştatının təmsilçisi etdiyi paylaşımı qısa müddət sonra silib. Lakin o, öz partiyası da daxil olmaqla, bir çox yerlərdən sərt reaksiya alıb.

Amerika-İslam Münasibətləri Şurasının Florida bürosu isə yazılı açıqlaması ilə Anabellanı istefaya səsləyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.