Maraqlı

Əvvəl kamera qoydular, çarə tapılmayınca bu yola əl atdılar - Tualetlərlə bağlı AĞLAGƏLMƏZ YENİLİK - FOTO

18 Yanvar 2019 22:32
1 Şərh     Baxış: 8 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin paytaxtı Pekinin mərkəzində yerləşən dini abidələr kompleksi olan "Cənnət Məbədi"ndə hər kəsi təəccüb içində qoyan yeniliklər tətbiq edilməyə başlanıb.

Milli.Az xəbər verir ki, kompleksin ictimai sanitar qovşağından istifadə edənlərin təmizlik vasitələrini israf etməsi bələdiyyəni hərəkətə keçirib.

Yerli xalqın və turistlərin ildə 10 min paketdən çox tualet kağızı istifadə etdiyini, qalanlarını isə evlərinə apardığını görən bələdiyyə bu israfın qarşısını almaq üçün texnologiyaya müraciət edib. Bundan sonra Cənnət Məbədində olan sanitar qovşaqlarına üztanıma sistemi ilə işləyən avtomat cihazlar qoyulub. Cihaz bir dəfə üçün 60 sm uzunluğunda kağız çıxarır. Bu cihazdan ikinci dəfə kağız ala bilmək üçün 9 dəqiqə gözləmək lazımdır. Lakin bu da səlahiyyətli şəxsləri qane etməyib. Onlar hər tərəfə nəzarətçi qoyub.

Məhz bu tədbirlərdən sonra edilən qənaətin bəhrəsini görüblər. Əgər bu qənaət onları qane etsə, texnologiya bütün ölkədə tətbiq ediləcək. Cihazların qiyməti 870 dollardır.

Yenilik obyekt sahiblərini razı salsa da, vətəndaşlardan bəziləri buna qarşı çıxıb. Onlar bildirib ki, xalq səfalət içində olduğu üçün ictimaiyyətin xidmətinə verilən əşyalardan meymun iştahı ilə istifadə edir.

Qeyd edək ki, texnoloji yeniliklərdən öncə həmin sanitar qovşaqlarına kameralar yerləşdirilmiş, lakin bunun heç bir nəticəsi olmamışdı.

Çin ölkəyə turist axınını təmin etmək üçün ictimai sanitar qovşaqlarına xüsusi önəm verir. Belə ki, tədbirlər çərçivəsində ölkədə 25 min sanitar qovşağı təmir olunub, 30 mindən çoxu isə 3 ulduzlu kateqoriyaya daxil edilib. Çin hökumətinin sanitar qovşaqlarındakı standartları yoxlayan xüsusi keyfiyyət orqanları fəaliyyət göstərir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.