Maraqlı

Almanlar Las-Veqası Detroytdan üstün tutdular

16 Yanvar 2019 22:29
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Audi", "Mercedes" və "BMW" kimi premium-klass brend avtomobil istehsalçıları yanvarın 14-də açılışı keçirilən bir vaxtlar məşhur olmuş texnologiya şousunda - Detroytdakı əfsanəvi avtomobil salonunda iştirak etməkdən imtina ediblər. "Mitsubishi", "Volvo" və "Jaguar" da Detroyta getməyəcəklər. Avtomobil eksperti, Duysburq-Essen Universitetinin professoru Ferdinand Dudenheffer Almaniya KİV-lərinə müsahibəsində bildirib ki, onda sanki soyuq Detroytda yanvarın 14-dən 27-dək təşkil edilmiş dəfn mərasimində iştirak etməsi barədə təsəvvür yaranıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, eyni zamanda, yanvarın 8-dən 12-dək Las-Veqasda keçirilən digər texnologiya sərgisi - "CES" (Consumer Electronics Show və ya İstehlak Elektronikası Sərgisi) böyük maraq doğurub. Bu, həmçinin Detroytdakı avtosalona marağın azalması səbəbindən baş verib. "Avtomobil istehsalçılarının elektromobillərə və avtonom idarəetmə kimi mövzulara marağının artması səbəbindən onların Las-Veqasa səfərləri də tez-tez olur", - deyə "Frankfurter Allgemeine Zeitung" qəzeti qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.