Maraqlı

Bağırsağına diş fırçası, boğazına hamam süngəri girənlər... - Təcili yardımın ən qəribə qeydləri

16 Yanvar 2019 23:30
1 Şərh     Baxış: 3 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da təcili yardıma müraciət edən pasiyentlərin maraqlı "gündəliyi" hazırlanıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, gündəlikdə pasiyentlərin təbii "dəlik"lərində ilişib qalan əşyalarla bağlı məlumatlar toplanıb. Orada "dəlik"lərdə əsasən hansı əşyaların ilişdiyi, həmçinin heç kimin ağlına gəlməyənlər qeyd olunub:

Qulaq - boyunbağı, daraq dəstəyi, vanna üçün tıxac, plastilin, oyuncaq siçan, konselyariya məhsulları, suda həcmcə böyüyən oyuncaqlar, tampon, maşın açarı;

Burun - vitaminlər, pambıq, qoz, saqqız, üzmə çubuğu, ət parçası, seks-oyuncaq;

Boğaz - həqiqi və oyuncaq banan, şam ağacının budağı, duz lampasının duzu, radioqəbuledici, hamam süngəri, dərman bağlaması;

Penis - boru təmizləmək üçün fırça, nazik elektrik naqili, domino, plastik paltar asılqanının bir hissəsi, sim, tualet kağızı;

Vagina - uşaq oyuncaqları, dezodorant qapağı, kürə formalı şüşə suvenirlər, süni dırnaq, makiyaj üçün fırça, şüşə stəkan; 

Düz bağırsaq - oyuncaq, yeni il konfetləri, butulka, qəhvə saxlamaq üçün konteyner, dezodorant.

Daha maraqlısı isə xəstələrin bu əşyaların həmin nahiyələrə nə cür girməsinə dair verdikləri izahatlar olub:
 
• "Qələmi qulağıma mərc edərək salmışam"

• "Hər dəfə duş qəbul edəndə qulağıma tualet kağızı salıram. Bu dəfə çıxara bilmədim" 

• "Elektrik naqilini sabunlayıb penisimə saldım"

•  "Diş fırçası yataqda idi. Yatağa tullananda düz bağırsağıma girdi"

• "QİÇS-ə yoluxmamaq üçün düz bağırsağıma paltar ağardıcısı vurdum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.