Maraqlı

Pilot təyyarəyə pəncərədən minib - VİDEO

16 Yanvar 2019 23:12
0 Şərh     Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonun Hitrou hava limanında "British Airways" aviaşirkətinin pilotu təyyarənin kabinəsinə pəncərədən daxil olub və ehtimal ki, açarı evdə unudub.

Milli.Az report-a istinadən bildirir ki, "The Sun" nəşrinin məlumatına görə, videokadrları sosial şəbəkəyə Conni adlı pilot yerləşdirib və altından yazıb:

"İşə gecikəndə açarları evdə unutduğun an..."

Sosial şəbəkə istifadəçiləri pilotun hərəkətindən təəccübləniblər. Onlardan biri yazıb ki, kommersiya tipli təyyarələrdə qapılar açarla bağlanmır.

Nəşr aviasiya saytına istinadən yazır ki, açar yalnız kiçik təyyarələrdə istifadə olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Pilot təyyarəyə pəncərədən minib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.