Maraqlı

Nəfsi tərbiyə etmək üçün 3 yol

17 Yanvar 2019 22:45
0 Şərh     Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filosof və ariflər nəfsi tərbiyə etmək üçün 3 yol tövsiyə edirlər. Bu yolların ikisini fəlsəfə elmi və birini ürfan elmi təqdim edir. Onlar ibarətdir:

1. Dünyanın yaxşı və pis işlərinə diqqət etmək.

2. Axirət əməllərinin nəticəsinə diqqət etmək.

3. Eşq və məhəbbət.

İnsana hansı əməlin yaxşı və hansı əməlin pis olduğunu başa salan zaman, onun əxlaqi cəhətdən fəzilətlərinə diqqət etmək lazımdır. Misal üçün, rəzil sifət olan tamahı tanıdan zaman onun əxlaqi tərəfinə diqqət etmək lazımdır. İmam Əlinin (ə) də buyurduğu kimi, gərək deyək ki, tamahkarlıq və insanların əlində olana göz dikmək insanı zəlil edər. Cəmiyyət həmin şəxsə təhqirlə baxar.

Ancaq o kəs ki, qənaət edər, o həmişə əziz olar. Həmçinin fədakar insan cəmiyyətin sevimlisi olar. Çünki öz rahatlığından çox, başqalarının rahatlığını düşünər. Özünə mənfəət gətirən əməllərlə deyil, bütün insanlara fayda verən əməllərlə məşğul olar. Əgər insanda belə bir agahlıq olarsa, əxlaqını düzəldər və rəzil sifətlərini azaldar.

Milli.Az islam.az-a istinadən bildirir ki, ancaq Quranın nəzərinə görə, sadəcə dünya xeyrini və şərini düşünmək kifayət deyildir. Misal üçün, insanlar Allah yolunda cihad edən zaman onlara deyilsə ki, döyüşdən qaçmasanız, insanlar sizi mədh edəcəkdir - bu söz onlar üçün kifayət qədər təhrikedici deyildir. Əslində insanın daha böyük xeyir və mənfəət vədinə ehtiyacı vardır. Bu vədi də insana axirət əməlləri verə bilər. Həmin qənaət haqqında danışan zaman, qənaəti azadlıq nemətinə bənzədər. Buyurar ki, qənaət edən insan xəlqin əsarətindən azad olmuş insandır. Çünki qənaət edən insan yaltaqlıqdan və tamahdan uzaq olar.

İnsanların çox hissəsi dünyaya diqqət edərlər. Onları dünyadakı pis işlərin nəticələrindən agah etmək lazımdır. Rəzil sifətlərin gətirdiyi pis nəticələri tanıtmaq lazımdır. Nifaqın, bədbinliyin gətirdiyi pis nəticələr kimi.

"Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbir edin ki, həqiqətən Allah səbrlilərlədir". ("Ənfal" 46).

Allah Təala buyurur ki, əgər bir-birinizlə çəkişməsəniz, aranızda şövkət və izzət yaranar. Bu cür ayələr insanları dostluq və məhəbbətə dəvət edər. Buyurar ki, əgər bir-birinizin yavəri olsanız, o zaman başı uca və qüdrətli olarsınız.

Quran insanları bu cür tərbiyə edir. İnsanları qardaşlıq və sevgiyə dəvət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.