Maraqlı

Müsəlman şəxsin qeyri-müsəlmanla ailə qurması icazəlidirmi?

17 Yanvar 2019 21:15
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam qanunlarına görə, ailə qurulan zaman tərəflərdən biri müsəlmandırsa, öz dinini qorumalı və qarşı tərəfdən də onun inancına təhlükə olmadığına arxayın olmalıdır. Ailədə kişinin təsiri daha güclü olduğu üçün bütün İslam məzhəbləri müsəlman qadının qeyri-müsəlman kişiyə ərə getməsini qadağan edir; istər kişi əhli-kitabdan (yəhudi ya xristian) olsun, istərsə də bütpərəst və ya ateist olsun.

Milli.Az islam.az-a istinadən bildirir ki, müsəlman kişinin qeyri-müsəlman qadınla evlənməsinə gəlincə, bu barədə fikirlər fərqlidir. Şiə məzhəbinə əsasən, müsəlman kişinin qeyri-müsəlman qadınla daimi nikah bağlaması icazəli deyil (bu halda da, qadının əhli-kitab olub-olmaması fərq etməz). Çünki ailədə doğulacaq uşaqların dini tərbiyəsi təhlükə altına düşə bilər. Amma şiə məzhəbi əhli-kitabdan olan qadınlarla müvəqqəti nikah bağlamağa icazə verir.

Əhli-sünnə məzhəblərinə görə müsəlman kişi əhli-kitabdan olan qadınla evlənə bilər, amma əhli-kitab olmayan qadınla ailə qurmaq qadağandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.