Maraqlı

Apple geyim istehsalı ilə məşğul olacaq

17 Yanvar 2019 08:46
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti gələcəkdə "iPhone" smartfonu ilə sinxronlaşdırılan "ağıllı" geyim istehsalına başlaya bilər. İnternetdə müvafiq patent dərc edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, patent ərizəsinə əsasən, şirkət ABŞ-da xüsusi parça qeydiyyatdan keçirib. Elektrod və naqillər ilə təchiz edilmiş xüsusi material məlumat toplamaq qabiliyyətinə malikdir. Məsələn, sözügedən parça insanın nəbzini, təzyiqini, temperaturunu, sağlamlıq vəziyyətini izləyə bilər.
 
Toplanılmış bütün informasiya smartfona göndəriləcək. Gözləntilərə görə, belə geyim yalnız həyati əhəmiyyətli orqanların fəaliyyətinə nəzarət etməyəcək, həm də istifadəçi ilə "Apple"ın məhsulları arasında qarşılıqlı əlaqəni yaxşılaşdıracaq. Məsələn, xüsusi parça səsləri səsləndirə bilər ki, nəticədə belə geyimin köməyi ilə qulaqlıq istifadə etmədən musiqi dinləmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.