Maraqlı

Hyundai zəif eşidən sürücülər üçün sistem hazırlayıb

17 Yanvar 2019 08:25
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "Hyundai" avtomobil istehsalı şirkətinin mühəndisləri eşitmə problemi olan sürücülər üçün yardımçı sistem ixtira ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni texnologiya çərçivəsində səslərin vizual və toxunuşla hiss edilən siqnallara çevrilməsi üçün məsuliyyət daşıyan bir neçə sistem birləşdirilib. Bundan başqa, layihədə süni intellektə yaxın alqoritmlərdən aktiv istifadə olunub. Onların vəzifəsi ətraf mühitin ümumi səs axınında potensial vacib səslərin müəyyənləşdirilməsindən ibarətdir.

Şirkət nümayəndələrinin sözlərinə görə, süni intellekt ətraf dünyanın səslərini ötürücülər vasitəsilə tanıyır, daha sonra sistem onları zəif eşidən sürücülər üçün başadüşülən, məsələn, vizual (bort kompüter ekranındakı göstəricilər) və toxunuşla hiss edilən (sükanın vibrasiyası) siqnallara çevirir.

Mütəxəssislər bildirib ki, sistem eşitmə qabiliyyəti pozulmuş sürücülərə, məsələn, yaxınlaşan təcili yardım maşınının sirenasına reaksiya verməyə imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.