Maraqlı

5G ilə cərrahiyyə əməliyyatı keçirilib - VİDEO

17 Yanvar 2019 08:59
0 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində dünyada ilk dəfə olaraq beşinci nəsil mobil rabitə şəbəkəsindən (5G) istifadə edilməklə distant cərrahiyyə avadanlığının sınağı keçirilib. Testdə iştirak edən Futszyan əyalətinin həkimi idarəetmə mərkəzindən 50 km uzaqda yerləşən əməliyyat otağındakı laboratoriya heyvanının qaraciyərini çıxarıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, həkimin idarəetmə qurğusu və cərrahiyyə otağındakı robot arasında siqnalın ötürülməsi vaxtında yubanma 0,1 saniyə təşkil edib.

Tədqiqatçılar bildirib ki, siqnalın yüksək sürətlə ötürülməsi potensial ölümcül tibbi səhvlər riskini azaltmağa imkan verəcək. Onlar ümid edirlər ki, "5G" şəbəkəsindən istifadə edilməklə distant cərrahiyyə tezliklə insanların müalicəsi üçün daha təhlükəsiz olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
5G ilə cərrahiyyə əməliyyatı keçirilib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.