Maraqlı

Afina aeroportu Yunanıstan əhalisinin sayından iki dəfə çox sərnişinə xidmət göstərib

16 Yanvar 2019 00:45
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afinanın şəhərinin Elefterios Venizelos beynəlxalq aeroportu 2018-ci ildə 24 milyon sərnişinə xidmət göstərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Yunanıstan əhalisinin sayından iki dəfə çoxdur. Rəsmi mənbələrə görə, ölkə əhalisinin sayı 10,77 milyon nəfərdir.

2001-ci ildə istifadəyə verilən Afina aeroportu il ərzində sərnişindaşıma qabiliyyətinin 90 faizi həcmində fəaliyyət göstərib. Sərnişinlərin sayının daha da artması aeroportun yenidən qurulmasını zəruri edir. Buna görə də 2046-cı ilə kimi nəzərdə tutulan müqavilə imzalanıb. Avropa Komissiyası tərəfindən təsdiq olunmasına baxmayaraq, Yunanıstan parlamenti müqaviləni hələ də ratifikasiya etməyib. Sənəd imzalanana qədər aeroportun modernləşdirilməsi və genişlənməsi layihələri həyata keçirilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.