Maraqlı

Alimlərdən xəbərdarlıq: "Yerin Şimal maqnit qütbü yerini dəyişir"

16 Yanvar 2019 02:01
0 Şərh     Baxış: 2 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər Yerin Şimal maqnit qütbünün yerdəyişməsi barədə xəbərdarlıq ediblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Nature" jurnalı məqalə dərc edib. Bu yerdəyişmə isə sürətlə baş verir.

Artıq alimlərə elektron naviqasiya sistemlərinin xəritəsi üçün təcili yenilənmənin işə salınması barədə göstəriş verilib. Tədqiqatçıların sözlərinə əsasən, hazırda Şimal maqnit qütbü Kanadadan Sibir istiqamətində hərəkət edir. Hərəkətin sürəti bir il ərzində 50 km təşkil edir.

Maqnit qütblərinin yerdəyişməsi adi haldır amma bu, əslində çox ləng prosesdir. Məsələn, Cənub maqnit qütbü il ərzində 10 km yer dəyişir. Alimlər hazırda Şimal maqnit qütbünün yerdəyişmə sürətini artıran əsas səbəbi tapa bilmirlər. Ehtimal edilir ki, maqnit qütblərinin hərəkətinə Yerin tərkindəki maye təsir edir. Kanada və Sibirin altındakı axınlar Şimal qütbünə təsir edir. Son məlumatlara əsasən, Sibir nöqtəsi daha güclüdür. Əgər yerdəyişmənin sürəti artmaqda davam etsə, Yerin maqnit qütbləri yerlərini dəyişə bilərlər. Bu isə tarix boyu çox nadir hallarda, bir neçə yüz min ildə bir dəfə baş verib. Amma bu yerdəyişmələr qlobal kataklizmalarla müşayət olunub.
Qütblərin yerdəyişməsi elektrik sistemləri və peyk naviqasiyalarının sıradan çıxması ilə nəticələnə bilər.

Amma ən böyük təhlükə isə başqadır. Maqnitosferin zəifləməsi ilə birlikdə zərərli kosmik radiasiya planetin səthinə düşəcək. Sonuncu dəfə Yerin qütbləri 780 min il əvvəl dəyişib. İlk dəfə Şimal qütbünün anomal hərəkəti 2007-ci ildə müşahidə edilib. O dövrdə mətbuat qütbün Böyük Britaniyaya doğru dəyişdiyini yazmışdı. O vaxtdan etibarən hərəkətin sürəti dəyişməyib və Şimal qütbünün Sibirə doğru hərəkət etdiyi məlum olub. Bir neçə onillikdən sonra qütbün son nöqtəsinə çatacağı ehtimal edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.