Maraqlı

Ötən əsrin ən cəsur 7 QADINI - FOTO

10 Fevral 2019 19:49
0 Şərh     Baxış: 1 424

XX əsrin ən böyük nəaliyyətlərindən biri insanlar arasında hüquq bərabərliyinin bərpasıdır. Eyni zamanda cinslər arasında da bərabərliyin əldə edilməsi də bu mövzuya aiddir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, qadın və kişilər arasında bərabərliyin təmin edilməsinə məhz qadınlar nail olublar. Bu qadınlar cəmiyyət dəyərlərinə qarşı çıxıblar.

Bu gün bu qadınların siyahısını oxucularımıza təqdim edirik.

Avstraliyalı üzgüçü Annet Kellerman

Qadınlar arasında La-Manş boğazını ilk dəfə üzərək keçməyə cəhd edən qadındır. 1907-ci ildə o dövr üçün qeyri-etik sayılsa da, çimərlik geyimində foto çəkdirib. Bu foto dərc edildikdən sonra ictimai əxlaqı pozduğu üçün həbs edilib.

Roza Li Parks

1955-ci ildə ABŞ-da qaradərililərin hüquqları üçün hərəkata başlayıb. Roza Li avtobusda ağdərili sərnişinə yer verməkdən imtina edib. Bu hərəkətinə görə isə həbs edilib.

Katrin Şvitser

İnanmaq çətin olsa da, 1971-ci ilə qədər qadınlara Boston marafonunda iştirak etmək qadağan idi. Bu qanunun ləğvindən 5 il əvvəl Katrin könüllü olaraq marafona qoşuldu. Təşkilatçılar isə güc tətbiq edərək onu marafondan uzaqlaşdırmağa çalışdılar.

Billi Cin Kinq

Uimbildon turnirində qələbə sayına görə rekordçudur. Məhz onun təşəbbüsü ilə Ümumdünya Qadın Tennisçilər Assosiasiyası yaradıldı. Qadınların idmanda eyni hüquqa sahib olduqlarını təsdiq etmək üçün Kinq 1973-cü ildə keçmiş dünya çempionu Bobbi Riqslə yarış keçirdi və onu məğlub etdi.

Cin Şrimpton

İngilis model Cin Şrimpton cəsarətini toplayaraq kütlə içinə dizdən yuxarı paltarla çıxıb. 1965-ci ilin yayında o, bu paltarla Melburndakı at yarışına gəldi.

Bununla da əsl qalmaqala səbəb oldu.

Mod Vaqner

1877-ci ildə anadan olan amerikalı Mod döymələrinin sayına görə rekordsmendir. Bədənindəki döymələrin sayına görə heç kəs onunla rəqabət apara bilməzdi. Bundan başqa Vaqner qadınlar arasında ilk peşəkar tatu ustası oldu.

Mariya-Tereza dee Filippis

Italiyalı avtomobil yarışçısıdır. Qadınlar arasında ilk "Formula 1" pilotudur. 1958-ci ildə ilk debütünü edib və "Qran-pri Sirakuz" yarışında finiş xəttini beşinci keçib. Bundan başqa eyni ildə "Qran-pri Monako" yarışında da iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.