Maraqlı

Həzrət Zeynəbin fəsahət və bəlağəti

15 Yanvar 2019 23:50
2 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Zeynəbin (s.ə) fəsahət və bəlağəti, söydəyi iki xütbədən aydın görmək olur. Onların birini Kufə bazarında söyləmişdi, birini də Yezidin (lən) sarayında. Aclıq, susuzluq, yorğunluq və gördüyü əziyyətə baxmayaraq, Xanımın (s.ə) mübarək dilindən ancaq bəlağət və fəsahət bulağı axırdı. Bu da Xanımın (s.ə) kəramətindən bəhs edir ki, din alimləri onu qeybi yardım kimi qiymətləndirmişdilər.

O zaman ki, Həzrət Zeynəb (s.ə) onminlərlə insanın içində, Kufə bazarında xütbəsini söyləyirdi, hamı ona heyrətlə baxır və başlarına döyürdülər.

Hədisi nəql edənlərdən biri yazır ki, mənim yanımda dayanan qoca kişi banunun sözlərindən o qədər təsirlənmişdi ki, hönkürtü ilə ağlayırdı. Sonra əlini göyə qaldırıb, demişdi: "Atam və anam onlara qurban olsun ki, qocaları - ən üstün qocalar, aqilləri - ən üstün aqillər, xanımları - ən üstün xanımlar və nəsilləri - bütün nəsillərdən ucadır".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Xanım (s.ə) sözləri ilə sanki İbni Ziyada (lən) qılınc vurur və onu yaralayırdı.

Zalıma vurulan bu yaralar - əslində sağalmaz yaralar idi. Xanımın (s.ə) fəsahətli sözləri qarşısında cavab verə bilmirdi, ona görə də tək yolu məğlubiyyətində görür və deyir: "Həqiqətən də bu xanım danışmaqda mahirdir. Atası da xətib və şair idi".

Həzrət Zeynəb (s.ə) cavabında buyurur: "Xanımın xətiblikdə nə işi var? Mənim ona əlaqəm yoxdur. O sözləri ki, eşitdin, qəlbimin yangısı idi ki, dilimə axırdı".

Təəccüblüsü budur ki, İmam Səccadın (ə) da buyurduğu kimi, Xanım (s.ə) heç bir müəllimdən dərs almamışdı. İlahi bəhrəsi vardı ki, Allah ona əta etmişdi.

Misirin məşhur yazıçılarından olan Muhəmməd Ğalib Şafeyi yazır: "Nəsəb baxımından Əhli-Beytin (ə) ən böyük qadını, böyük ruha və təqva məqamına malik olan və başdan-ayağa vilayət və risalət nümunəsi olan banu - Əli ibn Əbutalibin (ə) qızı Həzrət Zeynəbdir (s.ə). Onu kamil şəkildə tərbiyə etmişdilər. O, nübuvvət bulağından sirab olmuşdu - o yerə qədər ki, fəsahət və bəlağətində Allahın böyük nişanələrindən hesab olunurdu. Bəni-Haşim və ərəblər arasında mülayimliyi, kərəmi, bəsirəti və tədbirliyi ilə məşhur idi. Gecələri ibadət edər, gündüzləri oruc tutardı. Təqvası ilə tanınırdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.