Maraqlı

Gürcü xaçapurisi "dünyanın ən ləziz yeməyi" seçilib

13 Yanvar 2019 20:37
14 Şərh     Baxış: 3 693

Gürcüstanın milli mətbəxinin yeməklərindən olan xaçapuri dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, TasteAtlas internet portalı "Dünyanın ləziz yeməkləri" interaktiv xəritəsini tərtib edib.

Xəritə Xorvatiyada 30 nəfər təhqiqatçı-müəllif tərəfindən 2018-ci ildə tərtib olunub. "Dünyanın ləziz yeməkləri" xəritəsində dünya xalqlarının 10 min milli yemək növü göstərilib.

Rəyi soruşulan min nəfərdən 800 nəfəri məhz xaçapurini ən ləziz yemək kimi qeyd edib.

Məlumat üçün qeyd edək ki, xaçapuri Gürcüstanın ən tanınmış milli yeməklərindən biridir. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən "suluquni" və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında "motsarella" və "feta" milli pendir növlərindən də istifadə edilir.

Xaçapurinin bir neçə növü var. Ən məşhur İmereti bölgəsinin adı ilə bağlı olan "İmereti xaçapurisi" və Acarıstan bölgəsi ilə əlaqəli olan "Acariya xaçapurisi"dir.

"İmereti xaçapurisi" dairəvi şəkildə olur, pendir və yağdan ibarətdir.

"Acariya xaçapurisi" isə üstü açıq, qayıq formasında olur, pendir və yağdan hazırlanır. Yeməyin üstündə, ortada çiy yumurta olur.

"Dünyanın ləziz yeməkləri" siyahısında ikinci yerə Balkanların yeməyi "çevapçiçi" milli yeməyi, üçüncü yerə Ukrayna borşu, dördüncü yerə italyanların pastası, beşinci yerə isə yaponların "suşi"si layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    SEVİL · 13 Yanvar 20:46122

    Bəs bizim kababımız ,yarpaq dolmamız və ya şah plovumuz ??Hələ qutavbarımız...Xaçapuri və ya qurd yaradan suşi qədər olmadı bəyəm ?Ədalətsizlik ...

    Cavab yaz
    • Anonim
      Papatya · 13 Yanvar 21:4170

      Haqlisan baci. Hele paxlava çesitlerimizi demirsen)) amma xaçapurini men de çox xoslayiram. Seherler şirinçayla əsas da) amma day birinci yerlik deyil da. Şorqoğalimiz daha gozeldir.

      Cavab yaz
  • Anonim
    Tovuzlu E · 13 Yanvar 20:5060

    Suşinin ilk beşlikde ne işi var 1000 neferin ağız dadina şüphem var

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 Yanvar 21:0866

    Pasta nedi Italyanlarin spaqettisi, pizzasi qalib pasta haaa,men 1-ci yerde kababi deyerdim ibtidai icma dovrunun yemeyidi kabab ,2-ci yere ruslarin stolicni salatin ,3-cu yer spaqetti ,4-cu yerde manti ,5-ci yerde sirke-sarimsaqli Xaşşş ))))

    Cavab yaz
  • Anonim
    Rustam · 13 Yanvar 21:5230

    Biri pizzadir lap. Yaqin ses verenler ancaq gurculer olub))))

    Cavab yaz
    • Anonim
      ALYaSkA · 13 Yanvar 23:3203

      Niye men xacapurini seven cox insan taniyiram. Amma 1-ci yeri nece tutub onu bilmirem. Yeqin fast-food kimi fikirlesibler. Men en saglam ve mohtesem fast-foodu mehz xacapuridir deyerdim) Corek arasi qizarmis kotletden yaxsidi. En azindan ziyansizdir.

      Cavab yaz
  • Anonim
    asi · 13 Yanvar 23:1930

    Düzdür xaçapuri dadlıdır, amma bizim qutablara çatmaz)..Siyahının təribatındakı şəffaflığa şübhəm var).. Dünya mətbəxləri içində bir neçə ölkə mətbəxi var ki, onlar daha çox məşhurdur..Təəssüf ki, bizim mətbəx dadlı olsa, dünyaca tanınan deyil..Bu da yəqin ki, turizmlə əlaqəli işdi).. Turistlərin ən çox üz tutduğu yerlərin mətbəxi adətən daha tez tanınır..

    Cavab yaz
  • Anonim
    Cin · 13 Yanvar 23:2330

    7 milyardlıq dünya əhalisindən cəmi 800 nəfər bu yeməyi bəyənirsə onda bunun harası dünya birincisi sayılır?

    Cavab yaz
  • Anonim
    ALYaSkA · 13 Yanvar 23:2701

    "Acariya xacapurisi"ne iyrenc gorunur.. Amma "Imerete xacapurisi" pis deyil. Niye bele xeberleri geceler,hem de ac vaxti oxuyuruq?))

    Cavab yaz
    • Anonim
      @@@ · 14 Yanvar 12:0400

      Tam doğru dediz. Acariya xaçapurisi eybəcərdi. Hələ üstündəki çiy yumurta. İçi pendirli xaçapurilər normaldı.

      Cavab yaz
  • Anonim
    Hell · 14 Yanvar 00:0122

    Sizin demeyiniznendi. Kababin neyi gozeldi. Burnun qurdaliyib lúle kabab cekirler. Qaynamamiw etdi. En ziyanli ve en qorxulu yemekdi.dunyanin en gozel yemeyi herenin oz yoldawinin herenin oz mamasinin herenin oz ailesinin biwirdiyi yemeklerdi.ama bele restaran yemeyide julyendi.sagolun

    Cavab yaz
    • Anonim
      @@@ · 14 Yanvar 12:0210

      Hə hə lülə kababı da əsasən kişilər bişirir. Əlləri əlcəksiz, əllərinin tükü içinə tökülə tökülə)))))

      Cavab yaz
  • Anonim
    SEVİL · 14 Yanvar 00:1101

    Gecəniz xeyir Papatya.və Tovuzlu qızımız)

    Cavab yaz
    • Anonim
      Tovuzlu E · 14 Yanvar 13:3800

      Her vaxtiniz xeyir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.