Maraqlı

"Bütün gün çılpaq gəzə bilərsiniz” - Ev sahibindən mənzilini satmaq üçün məzəli elan

13 Yanvar 2019 16:22
1 Şərh     Baxış: 2 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın paytaxtında mənzil 165 min avroya satışa çıxarılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, kv.ee saytında elanı yerləşdirilən mənzil üçün sahibi yaradıcı elan yazıb.

"Mənzil o qədər genişdir ki, vanna otağından yataq otağına velosipedlə getmək olar. Bundan başqa, yataq otağının müsbət tərəflərindən biri odur ki, orada naməlum arxitektor tərəfindən layihələndirilmiş divar şkafı var. Şkaf yığılan zaman arxitektor o qədər də tanınmış olmayıb" - deyə qeyd edən mənzil sahibi bildirib ki, evin əsas müsbət tərəflərindən biri də ilin bütün fəsillərində isti olmasıdır.

"Bu isə o deməkdir ki, siz bütün gün çılpaq gəzə bilərsiniz. Mənzil nudistlərin xüsusi olaraq xoşuna gələcək. Çünki mənzilin böyük pəncərələri var. Buradan onlara "özlərini göstərmək" daha rahat olacaq" - ev sahibi qeyd edib.

Qeyd edək ki, 80 kvadratmetr ərazisi olan mənzil Narva şosesində yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.