Maraqlı

Canan Karatay: Duz olmadan, həyat olmaz

12 Yanvar 2019 19:39
1 Şərh     Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öz maraqlı məsləhətləri ilə seçilən 75 yaşlı türkiyəli professor Canan Karatay daha bir maraqlı açıqlamaya imza atıb. Karatay gün ərzində içdiyimiz çayla əlaqədar təəccübləndirici məlumatlar verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qurdlu alma yeyilməsini məsləhət görən professor Canan Karatay sağlam qidalanmaq üçün maraqlı məsləhətlər verib.

Qəhvəaltının dəyişilməzi olan zeytunu bol-bol yemək lazım olduğunu qeyd edən Karatay zeytunun ən sağlam meyvə olduğunu ifadə edib.

Şəkər asılılığına da toxunan Karatay, şəkərin bədənimiz üçün bir zəhər olduğunu söyləyərək, gün ərzində tez-tez içdiyimiz çaya şəkər əvəzinə kərə yağı əlavə edilərək içilməsini tövsiyyə edib.

Bədənimizdəki dəmiri azaltması səbəbindən Karatay yeməkdən sonra çay içilməməsi xəbərdarlığını edib.

Ağız dadının pozulması zamanı qaya duzu qarqarı edilməsini tövsiyyə edən Karatay qaya duzunun şəkər yemə istəyini də azaltdığını söyləyib. Kremli qəhvələr haqqında da fikir bildirən Karatay ən sağlam qəhvənin sadə türk qəhvsi olduğunu söyləyib.

Büdcəyə uğyun sağlam qidalanma üçün Karatay gündə 10 yumurta yeyilməsini məsləhət görüb. Karatayın fikrincə sağlam bir yaşam üçün atılacaq ilk addım isə bol duzlu su içilməsi və duzun qaya duzu olmasının vacibliyidir. Karatay "duz olmadan, həyat olmaz" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.