Maraqlı

Bu qadının qulaqları kişi səsini eşitmir – Nadir anomaliya

12 Yanvar 2019 21:27
5 Şərh     Baxış: 1 734

Qulaqlarında başlayan nadir anomaliya səbəbindən Çinin Syamin şəkərinin sakini Çen yalnız qadın səsini ayırd edib eşidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bir səhər qadın sevdiyi kişinin səsini eşitmədiyinin fərqinə varır.  Axşama doğru qulaqlarda cingilti və ürəkbulanma başlayır, qadın elə düşünür ki, yəqin xəstələnib, keçib gedər.

Lakin sabahı yenə də sevgilisinin səsini eşitməyən, amma küçədəki qadınların səsini duyduğunu görən qadın təcili həkimə gedir.
Otorinolarinqoloq əvvəl xəstəyə inanmasa da, pasiyentin otaqda olan qadının nə danışdığını eşitdiyini, lakin otağa daxil olan kişi həkimin nə dediyini eşitmədiyini gördükdə, xəstə digər mütəxəssislərin də müayinəsindən keçirilir.
 
Qadında dünyada nadir eşitmə anomaliyası olan aşağı tezlikli pozulması diaqnozu təsdiq olunur. Bu sindrom zamanı xəstə aşağı kişi səslərini eşitmir, amma yuxarı tezlikli qadın səslərində problem yaşamır. Qəfildən belə bir xəstəliyin yaranma səbəbi də qaranlıq qalır. Bir səbəb kimi fiziki və sinir yüklənməsi göstərilir. Görünür qadın çox işləyərək, eşitmə orqanını yükləmişdir. Həkimlər bu xəstəliyi müalicə etməyə çalışır.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Elnarə · 12 Yanvar 21:34101

    Bu xəstəlik deyil, xoşbəxtlikdir.

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 12 Yanvar 21:5730

    Ne yaxshidir )))mudriyyetin narazi sesini mende isterdim eshitmeyim))

    Cavab yaz
  • Anonim
    A · 12 Yanvar 22:0020

    Ela super Nə yaxşì

    Cavab yaz
  • Anonim
    Seymur · 12 Yanvar 22:1211

    Ere verin duzeler....

    Cavab yaz
  • Anonim
    Seva · 12 Yanvar 22:5610

    Serf elemir kisinin sesini esitmek yeqin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.