Maraqlı

Qəhrəmanlıq edənlər, gülənlərdən həzz alanlar... - Bu xoş simptomlar əslində ölümcüldür

12 Yanvar 2019 20:27
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox əlamətlər var ki, onlar insana xoş gəlsə belə orqanzimdə olan ciddi dəyişikliklərdən xəbər verir.
 
Milli.Az medicina.az-a istinadən bu xoş və xoş olduğu qədər də təhlükəli əlamətləri təqdim edir:

Termanesteziya -  temperatura qarşı olan hissiyatsızlıq. Bu simptomun sahibi bütün əşyaları eyni temperaturda qəbul edir. Bu insan qaynar qəhvə fincanına və soyuq pivə bokalına eyni əllə toxunsa da orada olan fərqi hiss edə bilmir.

Hiperesteziya - həssaslığın artması. Bu simptomdan əziyyət çəkən insanlar hətta yarpağın ağacdan düşməsinin, yun sviteri geyinərkən onun xışıltısının səsini eşidərək bundan narahat olurlar.

Terminal mərhələnin eyforiyası - terminal mərhələsi demək olar ki, bütün həyat əhəmiyyətli orqanların öz fəaliyyətlərini dayandırması və pozulması ilə xarakterizə olunur. Orqanların parçalanma məhsulları qana düşərək insanın bədəninə yayılır. İnsan özünü son dərəcə sağlam hesab edərkən o, birdən-birə dünyasını dəyişə bilər. Bunun səbəbi isə qanda olan həmin məhsulların mərkəzi sinir sisteminə düşməsidir.

Dağınıq skleroz - bu sindromdan əziyyət çəkən insanların əhval-ruhiyyələri həmişə yüksək olur. Məsələn: xəstə tezliklə əlil arabasına möhtac olacağını öyrənən zaman o, ən gözəl modeli seçərək küçədə onunla necə gəzəcəyinin zəyalını qura bilər.

Narkolepsiya - narkoleptiklər çox xoşbəxt insanlar olurlar. Bu simptom sayəsində onlar hər saatda 5 dəqiqə də olsa yatmalı olurlar. Onlar sosiallaşmaqda əziyyət çəkirlər. Lakin bununla belə öz yuxularını kontrol edərək istədikləri hər şeyi yuxuda görə bilirlər.

Hiperbuliya - bu əlamət insanları qəhrəmanlıq etməyə təşviq edir. Onlar aktiv olurlar, hər cür vasitə ilə məqsdələrinə nail olmağı bacarırlar.

Cavan görünmə - 50 yaşında olsanız belə 30 maksimum 30 yaşındakı kimi görünmək istəyirsiniz? Bu istək sizə ürəkgetmə və ürəyin mitral klapanının stenozu (parok) bahasına başa gələ bilər.

Moriya - bu simptomdan əziyyət çəkən insanlar ən şən insanlar hesab oluna bilərlər. Onlar həmişə şən olurlar və ətrafdakıları  müxtəlif yollarla güldürməyi bacarırlar. Bunun səbəbi isə tamaşaçıların ona gülməsinin həmin şəxsə orqazm qədər ləzzət verməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.