Maraqlı

Məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu AÇIQLADI

12 Yanvar 2019 19:13
0 Şərh     Baxış: 2 120

London Onkologiya Mərkəzinin alimi Makmillan Kris Stil xərçəng xəstəliyi ilə bağlı açıqlama verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, məşhur alim xərçəng xəstəliyinin əsas 7 simptomunu açıqlayıb və qeyd edib ki, bu simptomlar üzə çıxanda dərhal onkoloq-həkimə müraciət etmək lazımdır.

Alim simptomlar arasında xüsusilə bunları vurğulayıb:

- bağırsağın və ya sidik kisəsinin fəaliyyətindəki qəfil dəyişiklik,

- izah edilməyən qanaxma,

- sinə və ya digər hissədə qalınlaşma,

- udma zamanı çətinlik yaranması,

- bədəndəki xalın rəng və ölçüsünün dəyişməsi,

- ağır və xırıltılı öskürək,

- uzun müddət sağalmayan yara olduğunu xüsusilə qeyd edib.

Stil əlavə edib ki, yuxarıda sayılan simptomlar onkologiya ilə bağlı olmaya da bilər. Amma bununla belə, əgər bu simptomlar üzə çıxıbsa, həkimə müraciət edilməlidir.

Britaniyalı alim xatırladıb ki, əgər zamanında düzgün diaqnoz qoyulsa, 10 xərçəngin 4-ünü müalicə etmək və ya qarşısını almaq mümkündür.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.