Maraqlı

Yumurta sarısını tez-tez qəbul edin - Nevroloqlardan çağırış

12 Yanvar 2019 19:12
0 Şərh     Baxış: 2 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arizona universitetinin nevroloqları insanlara qida rasionunda xolinin səviyyəsinin normada olmasına diqqət yetirməyə səslənib.

Hamilə qadınlar gündə minimum 500 mq xolin qəbul etməlidirlər. Bu birləşmə sinir hüceyrələri arasında impulsların ötürülməsi üçün vacibdir.

Xolin bütünlükdə sinir sistemi üçün dayaq rolunu oynayır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xolin daha çox yumurta sarısında, mal qaraciyərində, ətdə, balıqda, süddə, pendirdə olur. Az miqdarda araxis, pomidor, kök, kələmdə var.

Siçanlar üzərində aparılan təcrübə göstərib ki, Alzheymer xəstəliyinin qarşısının alınmasında xolin rol oynayır. Hamiləlik dönəmində xolinlə zəngin qidalar yeyən siçanların balalarında yaddaş daha güclü olmuşdur.

Bu effekt hətta nəsildən-nəsilə də ötürülüb.

Xolin beyində toksiki çöküntülərin də olmasının qarşısını alır. Beyni ziyanlı maddələrdən təmizləyir. Ona görə xolinlə tam təmin olunmağınıza çalışın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.