Maraqlı

“Atam pedofil idi?”

12 Yanvar 2019 19:02
0 Şərh     Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BBC-nin Victoria Derbyshire programı Britaniyada özlərini "pedofil ovçuları" adlandıran bir qrupun, sosial mediada uşaqlara qarşı cinsi cinayət törətməkdə ittiham etdiyi ən azı 8 kişinin intihar etdiyini ortaya çıxarıb.

Lesley-in atası barəsində istintaq aparılmamasına baxmayaraq intihar edib. Lesley indi cavabı olmayan suallarla yaşayır, təcavüz hədələri alır. Lesley bu cür qrupların ədaləti təmin etməkdən çox ona maneçilik törətdiyinə inanır.

Atası Michael Duff haqqında danışan Lesley "Onu dünyalar qədər sevirdim. Anadangəlmə əyləncəli bir insan idi" deyir.

"Hər şey barəsində danışırdıq. Məyus olduğum zaman ona müraciət edirdim. Tək istədiyim şey onun mənə sarılıb qucaqlaması idi".

Soyadınıı göstərmədiyimiz Lesley atası ilə həmişə yaxşı ünsiyyətdə olub.

O, atasının internet vasitəsiylə 15 yaşındakı gənc bir qızla ünsiyyət qurmasına və onun görüşməsinə yol aça biləcək başqa bir üzünün ola biləcəyini təsəvvür edə bilmir.

LesleyLesley Facebook-da atasıyla bağlı bir video paylaşıldığını öyrəndiyi zaman vəziyyətdən xəbər tutub

Lakin 2015-ci ilin iyulunda qızıyla evdə olarkən sosial şəbəkələrdə atasının yayılan bir videosuyla bağlı məlumat alıb. Atasının 15 yaşında gənc qız olduğunu düşünürək ünsiyyət qurduğu insan, saxta hesablarla uşaqlara qarşı cinsi istismardan istifadə edə biləcək potensial cinayətkarlarla əlaqə quran və onları ifşa edən biriydi.

Lesley videodan xəbər tutduğu anı xatırladığında göz yaşlarına boğulur:

Dostum "Lesley, bunu sənə necə deyəcəyimi həqiqətən bilmirəm, amma Facebook-da atanla bağlı bir video yayılıb" dedi.

"Şoka düşmüş bir vəziyyətdə oturduğum yerdə qaldım. Video Facebook-daydı və ortaq dostlarımızın indidən izlədiklərini görə bilirdim. Bu səbəbdən edə biləcəyim bir şey yox idi".

"Çox güman ki, qışqırmışam, çünki yuxarı mərtəbədə olan qızım gəlib məndən nə baş verdiyini soruşdu".

Lesley o vaxtlar 15 yaşında olan qızına "baban pedofildir" deyə cavab verib. Hazirda bundan çox peşman olsa da, videonu qızına göstərib.

Michael DuffMichael Duff video sosial şəbəkədə yayınlandıqdan qısa bir müddət sonra intihar edib

Atası Michael Duff həmin gün polisə təslim olub. Kompüterləri polis tərəfindən müsadirə edilib. İfadə verdikdən sonra sərbəst buraxılıb. İki gün sonra isə intihar edib.

Heyrət içində və qəzəbli olan Lesley ittihamlar ortaya çıxdığından bu yana onunla danışmamışdı.

"Cəmiyyəti qorumaq"

Lesley atası barədə ilk dəfə danışır. Danışaraq "pedofil ovçularının" fəaliyyətlərinin nəticələrinin nə qədər genişmiqyaslı ola biləcəyini başa düşəcəklərinə ümid edir.

Victoria Derbyshire proqramı son 6 ildə ən azı 7 nəfərin "pedofil ovçuları" tərəfindən sosial mediada ittiham edildikdən sonra intihar etdiyini ortaya çıxarıb.

Bu kişilərin çoxu, sosial şəbəkələrdə ifşa edildikdən bir neçə gün sonra intihar ediblər. Lakin bunu həyata keçirənlər əhəmiyyətli bir ictimai xidmət göstərdikləri fikrindədirlər.

"Pedofil ovçusu" və ya özünü "uşaq qoruyan məmur" adlandıran 29 yaşlı Jamie Lee istismara məruz qaldıqdan sonra bu vəzifəyə sahib olub. Təqib etdiyi kişilərdən biri, soyadını gizli saxladığımız Robert 14 yaşlı gənc bir uşaqla danışdığını düşünür. Amma əslində o Jamie ilə danışır.

Jamie LeeJamie Lee bir çox "pedofil ovçusunun" şöhrət arxasınca qaçdığını etiraf edir

Əvvəlcə özüylə ünsiyyət yaradılmasını gözlədiyini söyləyən Jamie "Robert mənimlə əlaqə yaratdı" deyir və əlavə edir:

"İki həftə sonra isə açıq-saçıq danışmağa, mənimlə edəcəyi şeyləri söyləməyə başladı".

Videoda Jamie həmin adamla avtomobildən düşdüyü anda üzləşir, qaçmaması üçün açarları təslim etməsini istəyir.

"Məktəbli formasındakı yeniyetmə oğlanlar sənə cəlbedici gəlir, sən nəsən?" deyə soruşur.

Cavab almır.

"Yeniyetmə oğlanlardan xoşun gəlir?" deyə davam edir.

"Bəli, amma bir dənəsiylə belə birlikdə olmadım" cavabını alır.

Video Facebook-da canlı yayınlanır və adamın kim olduğu ortaya çıxır.

videoVideolardan ən azı biri Facebook-da canlı yayınlanıb

Jamie videonu izləyərkən "üzünün dəyişdiyini görə bilirsiniz" deyir və əlavə edir:

"Rəngi ağappaq olur. Başına bəla gəldiyinin və sahib olduğu bu gözəl həyatın sona çatdığının fərqindədir. Cinayət üstə yaxalandığını başa düşdüyü anda hər şeyi etiraf edir".

Bundan sonra bir uşaqla cinsi məqsədlə ünsiyyət qurmağa təşəbbüsdə ittiham olunan Robert bir neçə ayını həbsxanada keçirib. Həbsdən cıxan kimi özünü öldürüb. Jamie bunun baş verəcəyini heç gözləmədiyini söyləyir.

"Məqsədim bu insanların etdikləriylə üzləşmələridir" deyir.

"Robert-in intihar etdiyini öyrəndiyim zaman məhv oldum, xüsusilə ailəsi üçün çox məyus oldum. Hələ də özümə bunun mənim səhvim olmadığını söyləyirəm. Amma az da olsa onun intiharında özümü təqsirkar hiss edirəm. Bunu şiddəti və nifrəti təşviq etmək üçün etmirik. Yan binada yaşasa, bunu bilmək istədiyim üçün edirik" deyir.

"Qurbanlardan ədaləti oğurlamaq"

Polis bəzən "pedofil ovçuları" ilə əməkdaşlıq edir. Britaniya Milli Polis Başçıları Şurası (NPCC) bu cür şəxslərin əllərindəki yetərli olmayan dəlillərlə polis araşdırmasına zərər verdiyini söyləyir. Onlar şiddətli hərəkətlərdən və intiharlardan narahatlıq keçirirlər. Duff-ın intiharı, Lesley-nin atasının mümkün cinayətləri və bu mümkün cinayətlərin dərəcəsiylə bağlı sualların cavabsız qalmasına yol açmışdır.

"Bircə dəfə etdiyi axmaq bir hərəkət ola bilərdi" deyən Lesley belə davam edir:

"İnsanların "amma bunu etmək potensialına sahib idi" deyəcəyini bilirəm. Lakin reallıqda heç bir cinayət törətməyəcəyi də mümkünd idi. Bilmirik, çünki intihar edən kimi istintaqa son verildi".

LesleyLesley heyran olduğu atasının həqiqətdə kim olduğu sualı ilə qarşı-qarşıya qalıb

Lesley atasının hərəkətlərinin nəticələrinin öhdəsindən gəlməyə məcbur edildiyini düşünür.

"Mənə və qızıma qarşı təcavüz hədələri aldım" deyə göz yaşları içində danışmağa çalışır.

Lesley atasını ifşa edənlərin gələ biləcəyi düşüncəsi ilə cənazə mərasimi təşkil etməyib. Bunun əvəzinə atası yüzlərlə kilometr uzaqlıqda yerləşən krematoriumda (xüsusi ölü yandırma yerləri) yandırılıb. Lakin onun ölümü sosial şəbəkələrdə videoları dayandırmağa yetməyib. Tanıdığı bir insan cəsəd evdən təcili yardım maşınına yükləndiyi zaman çəkdiyi videonu Facebook-da paylaşıb. Lesley üçün bu video layiq olmadığı rəftara məruz qaldığının bir başqa nümunəsidir.

Lesley

Bəs uşaqları istismar etdiyi iddia edilən bu şəxslərin internetdə ifşa edilməsi düzgündürmü?

Jamie insanların nə ilə qarşılaşa biləcəklərinin əhəmiyyətli olduğunu düşünür.

Lakin bəzi "pedofil ovçularının" məsuliyyətsiz davrandığı və hər zaman insanları qanun qarşısına çıxarmaq məqsədiylə hərəkət etmədikləri fikrinə də mülayim yanaşır.

"Bu cəmiyyətdə məsuliyyətsiz hərəkət edən bir sürü insan var. 15 dəqiqəlik şöhrət istəyən çox insan var və bu məni əsəbləşdirir. Ali olması və nisbətən məsuliyyət içərisində edilməsi lazım olan bir şeyi aldılar və dəyişdirdilər. Artıq bir sirk kimidir, utandırıcıdır" deyir.

Victoria Derbyshire proqramının çəkilişləri sırasında Lesley ilə tanış olduqdan sonra Jamie "pedofil ovçuluğu" etməkdən imtina edib. İndi məktəblərə gedərək uşaqlara internetdəki təhlükələr haqqında məlumat vermək istəyir.

"Hekayəmi danışmaq istəmədim"

Lesley "bir nümayişdən fərqli olmadığı" səbəbiylə mümkün pedofillərin internetdə ifşa edilməsinə sərt şəkildə qarşı çıxır.

"Hekayəmi heç vaxt danışmaq istəmədim. Çünki bunların hamısını üzərimə çəkmək istəmədim. Lakin insanlar bilməlidirlər ki, Facebook-a videonu qoyduqda onlar üçün hər şey bitir, amma bizim (ailələr) üçün bitmir" deyir.

Lesley üçün ədalət yoxdur, cavablar yoxdur. Sadəcə heyran olduğu atasının əslində kim olduğuna dair sualları var: "Mənim atam belə şeyi necə edə bilər? O, belə bir şeylə necə əlaqələndirilir?"

"Məni böyüdən insan, sevdiyim atam belə biri deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.