Maraqlı

Ebolaya bənzər naməlum Menqla virusu aşkarlanıb

13 Yanvar 2019 00:45
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çindən və Sinqapurdan olan alimlər qrupu "Nature Microbiology" jurnalında Cənubi Çində yerli yarasalarda aşkarlanan bu vaxtadək naməlum filoviruslar növünün tədqiqinin nəticələrini dərc ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların sözlərinə görə, bu, Ebola qızdırması və hemorragik Marqburq qızdırması əmələ gətirən ölümcül təhlükəli yoluxucu xəstəlikləri yaradan Ebola və Marburq viruslarına çox bənzəyir. İnsanlar üçün hələ təhlükəli olmasa da, alimlər növlərarası ötürməni istisna etmirlər.

Filoviruslar ailəsi Cuevavirus, Ebolavirus və Marburgvirus kimi üç növdən ibarətdir. Bu növlər Dünya Səhiyyə Təşkilatının təsnifatına görə dördüncü risk qrupuna - insanlar üçün ölümcül təhlükəli patogenlərə aid edilir.

Yarasalar, onların əsasən meyvə ilə qidalananları təhlükəli virusların əsas daşıyıcıları olsalar da, özləri bu virusa yoluxmurlar. İnsanların təması və yoluxması bir qayda olaraq, yarasaların məskunlaşdıqları mağaralara və şaxtalara girdikdə baş verir.

Yeni virus Çinin cənubunda Yunnan əyalətinin Menqla dairəsində aşkarlanıb. Virusun adı da buradan götürülüb. Tədqiqatın gedişində məlum olub ki, o, genetik cəhətdən artıq tanınmış filoviruslarla təxminən 30-50 faiz uyğunlaşır. Menqla digər patogen filoviruslara xas olan molekulyar reseptorlardan istifadə edərək hüceyrələrə keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.