Məşhur türkiyəli aktyor Burak Özçivit "Sevgililər günü"ndə 80 qadınla birlikdə yemək yeyəcəyini söyləyib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün qatıldığı mükafatlandırma mərasimində ilin ən yaxşı film kişi aktyoru seçilən Özçivit jurnalistlərin suallarını cavablandırıb. 6 aylıq hamilə olan həyat yoldaşı Fahriye Evcenlə uşaqlarının doğulmasını səbirsizliklə gözlədiklərini deyən aktyor həyəcanlı olduğunu da gizlətməyib: "İkimiz də çox həyəcanlıyıq. Bu müddət ərzində Fahriyenin istədiyi hər şeyi etməyə çalışıram".
Daha sonra "Sevgililər günü"ndə Küveytdə olacağını bildirən B. Özçivit bir layihə əsasında 80 qadınla yemək yeyəcəyini bildirib:
"Fahriye o gün mənimlə olmayacaq, tək gedəcəm".
Milli.Az