Maraqlı

"Qalatasaray" azarkeşindən maraqlı addım - Oğlunun adını "Forvet" qoydu

12 Yanvar 2019 12:30
0 Şərh     Baxış: 959

Heyətində hücumçu olmayan "Qalatasaray"ın bir azarkeşi maraqlı addımı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, soyadı Cengiz olan fanatik "qalatasaray"lı Ahmet Cengiz yeni doğulmuş oğluna maraqlı ad qoyub. Belə ki, fanat övladına "Forvet" adını qoyub. O, fikrini belə izah edib: "Hücumçusuzluqdan dəli olmuşam. Ona görə adını hücumçu qoydum. Hətta ikinci adını da "Al" etdim. Oğlumun adı artıq "Forvet Al Cengiz"dir. Ümid edirəm mesajım çatmışdır".

Qeyd edək ki, "Qalatasaray"ın prezidenti Mustafa Cengizdir. Azarkeş bu addımı ilə klub prezidentinə hücumçu transfer etməyin zəruriliyi ilə bağlı mesaj verir.

Elçin
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.