Maraqlı

Sərxoş tibbi personal doğuş vaxtı körpənin başını qopartdı

13 Yanvar 2019 07:55
0 Şərh     Baxış: 2 388

Hindistanda doğuş vaxtı tibbi personal tərəfindən sərt şəkildə dartılan körpənin başı qopub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, kişi cinsindən olan tibb işçisi körpənin başsız bədənini morqa aparıb. Hadisədən sonra açıqlama verən körpənin atası tibb işçisinin hadisə vaxtı sərxoş olduğunu deyib.

Hadisə Ramqarh şəhərində baş verib. Dikşa Kanvar adlı qadın doğum sancısı ilə xəstəxanaya gətirilib. Doğuş vaxtı körpənin başını çox sərt şəkildə dartan tibb işçisi faciəyə səbəb olub. Həkim isə qopmuş başın qadının uşaqlıq yolunda qaldığını bildirib. Digər həkimlərin köməyi ilə əməliyyat keçirilib və körpənin başı qadının uşaqlıq yolundan çıxarılıb. Hazırda qadın reanimasiyadadır və sağ qalıb-qalmayacağı bilinmir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.