Maraqlı

Birləşmiş Ərəb Əmirliklərində işaxtaranlar "WhatsApp"da dələduzluğun yeni üsulu ilə qarşılaşıblar

11 Yanvar 2019 23:22
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya İdarəsi ölkə əhalisini "WhatsApp" vasitəsilə alınan məlumatların təhlükəsi barədə xəbərdar edib. Bu məlumatlar, ilk növbədə, ölkə ərazisində iş axtaran insanlara istiqamətlənir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dələduzlar şəxsi məlumatların oğurlanması məqsədilə yüksəkməvacibli iş vədi ilə messencerə məlumat göndərirlər. Bu məlumatı qəbul etməklə, aldadılan şəxslər istər-istəməz özləri barədə məxfi məlumatları, o cümlədən maliyyə məlumatlarını, şəxsi fotoşəkilləri onlara ötürürlər. Bir çox hallarda "WhatsApp"a göndərilən məlumatlarda guya həmin şəxs haqqında cinayət işinə dair xəbərlər yer alır və bunlarla ətraflı tanış olmaq təklif edilir.

BƏƏ-nin Telekommunikasiya İdarəsi vətəndaşlara naməlum şəxslərdən gələn bu məlumatlara münasibətdə ehtiyatlı olmağı və təqdim olunan göndərişləri açmamağı tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.