Maraqlı

Dünyada ilk elastik smartfon nümayiş etdirilib - VİDEO

12 Yanvar 2019 08:15
0 Şərh     Baxış: 934

8-11 yanvar tarixlərində Las-Veqasda keçiriləcək "CES 2019" sərgisində "Royole" startapı "FlexPai" adlı bükülən smartfonunu nümayiş etdirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "The Verge" nəşrinin jurnalisti smartfonun işləməsini bəyənməyib. O, çoxlu sayda işləməyən proqramdan ibarət olan dəhşətli proqram təminatını qeyd edib. Smartfon açılıb-bağlandıqda ləng işləyir və donur, ekranda qəribə qaralma və rəngli zolaqlar peyda olur. Həmçinin jurnalist kameranın bərbad işləməsini tənqid edib.
 
Bununla belə, bu aparat dünyada ilk elastik smartfondur və Çində 1320 dollara satılır.
 
"Royole FlexPai" smartfonu 308 ppi sıxlıq,1920 x 1440 piksel təsvir ölçülü 7.8 düymlük OLED displey, "Qualcomm Snapdragon 855" prosessoru, 6/8 QB-lıq əməli yaddaş, 128 və ya 256 QB-lıq daxili fləş yaddaş, 16 və 20 meqapiksellik kameralar, 3800 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyada ilk elastik smartfon nümayiş etdirilib

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.