Maraqlı

Süni intellektli oyun noutbuku hazırlandı

12 Yanvar 2019 08:05
0 Şərh     Baxış: 2 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gigabyte" şirkəti məhsuldarlığı artırılan və süni intellekt texnologiyası ilə təchiz edilən yenilənmiş "Aero 15" oyun noutbukunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, süni intellektə yaxın "ağıllı" alqoritmlər sayəsində "Aero 15" noutbuku məhsuldarlıq və enerji sərfiyyatı arasında optimal balansı müstəqil şəkildə müəyyənləşdirə bilir.

"Microsoft Azure AI" paketi əsasında tətbiq edilən xüsusi proqram təminatı noutbukun istifadə olunduğu senariləri analiz edərək mərkəzi prosessor və qrafik altsistemin məhsuldarlığının quraşdırılmasını müəyyənləşdirir. Nəticədə istifadəçi konkret olaraq onun işinə uyğun seçilən məhsuldarlıqla təmin edilir", - "Gigabyte" nümayəndələri bildirib.

Nəzərdə tutulur ki, "ağıllı" sistem "Gigabyte Aero 15" noutbukuna təsir bağışlayan avtonomluq nümayiş etdirməyə imkan verəcək. Bundan başqa, sistemdən istifadə portativ kompüterin qızmasını və səsini azaltmağa kömək edəcək.

Yeni noutbukun iki versiyada (Aero 15-X9 və Aero 15-Y9) satışa çıxarılması planlaşdırılır. Əsas fərq qrafik sürətləndiricidədir. Bu, modellərdə müvafiq olaraq "NVIDIA GeForce RTX 2070" və "RTX 2080" çipi üzərində tətbiq edilib. Aparat təminatı qismində "Intel Core i7-8750H" və ya "Core i9-8950HK" prosessorundan istifadə mümkündür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.