Maraqlı

Redmi Note 7 təqdim olundu

12 Yanvar 2019 08:59
1 Şərh     Baxış: 932

"Xiaomi" şirkəti "Redmi Note 7" adlı yeni smartfonunu təqdim edib.
 
Smartfon 2340x1080 piksel təsvir ölçüsünə malik 6,3 düymlük diaqonallı 2,5D displeylə təchiz edilib. Displey ön panelin 95% hissəsini tutur, kənar çərçivələrin qalınlığı 1,95 mm təşkil edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat "Snapdragon 660" adlı 8 nüvəli prosessor, "Adreno 512" (850 MHs) qrafik prosessoru, 3/4/6 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq daxili yaddaşla təchiz edilib.
 
Cihazın 48 meqapiksellik ikiqat kamerasının əsas sensoru 0,8 mkm-lik piksel və f/1.8 aperturaya malikdir. Köməkçi sensorun təsvir ölçüsü 5 meqapiksel, "selfi" kamerada isə 13 MP-dir. "Redmi Note 7" aparatında tətbiq edilmiş süni intellekt funksiyaları çəkiliş üçün böyük imkanlar təqdim edir.
 
"Quick Charge 4" sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. İstehsalçı yeni smartfonu "USB Type-C" konnektoru ilə təchiz edib. Həmçinin aparat infraqırmızı port və 3,5 mm-lik audiokonnektorla təchiz edilib, smartfonda "NFC" texnologiyası yoxdur.
 
Smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 12 Yanvar 10:2600

    çox səbirsizliklə gözəyirəm gəlməsini, qiymətin çox ucuz qoyublar, bu model partadacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.