Maraqlı

Unikal simsiz enerjidoldurma texnologiyası hazırlanıb

12 Yanvar 2019 08:41
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio Universitetinin mühəndisləri tərəfindən vərəq formasında hazırlanmış simsiz enerjidoldurma qurğusunda istənilən formanı kəsərək cihaza, geyimə və ya mebelə bərkitmək mümkündür. Yeni texnologiya "IMWUT 2018" konfransında nümayiş etdirilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mühəndislər yeni texnologiyanı bir neçə prototip üzərində tətbiq edərək yoxlayıblar. Məsələn, onlar məhsullar üçün daxili elastik simsiz enerjidoldurma qurğusu ilə təchiz edilmiş  "ağıllı" çanta hazırlayıblar. İstifadəçi smartfonu belə çantanın yan cibinə yerləşdirməklə hərəkət zamanı onu enerji ilə doldura bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.