Maraqlı

Terabaytlıq SD yaddaş kartı təqdim edildi

12 Yanvar 2019 08:51
0 Şərh     Baxış: 563

"Lexar" şirkəti ilk 1 TB-lıq "SD" yaddaş kartını təqdim edib. Kart ilkin sifariş üçün əlçatandır və onun qiyməti 399 dollar təşkil edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Secure Digital" (SD) hazırda ən yığcam yaddaş kartı olmasa da, öz populyarlığını qoruyub saxlayır və fotoaparat, videokamera, dron və sairə kimi qurğularda istifadə edilir.
 
"Lexar" şirkəti tərəfindən təqdim edilmiş "SD" kartı "UHS-I" məlumat mübadiləsi protokolunu dəstəkləyir, "U3" və "V30" sürət kateqoriyaları üçün sertifikatlaşdırılıb. Bu o deməkdir, yeni yaddaş kartı saniyədə 30 meqabayt yazma sürətini dəstəkləyir. Həmçinin istehsalçı iddia edir ki, sınaqlar zamanı saniyədə 95 MB-dək yazma sürəti qeydə alınıb. Ümumilikdə saniyədə 30 meqabayt sürət 4K təsvir ölçülü videonun çəkilişi  üçün kifayətdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.