Maraqlı

Yeni miniatür noutbuk rekord az çəkisi ilə seçilir

12 Yanvar 2019 08:11
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"GPD" şirkəti "CES 2019" istehlak elektronikası sərgisində "Micro PC" adlı miniatür noutbuk təqdim edib. Yeni qurğunun əsas xüsusiyyətləri kimi sensor panel, rekord az çəki və çoxlu interfeys çıxışlarının olması qeyd edilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, noutbuk şirkətin əvvəlki qurğuları ilə müqayisədə daha miniatür alınıb. Kiçik ölçülərə baxmayaraq istehsalçı qurğunu klaviaturada yerləşən sensor panellə təchiz edib.

Əsasını dördnüvəli "Intel Celeron N4100" prosessorunun təşkil etdiyi yeni qurğunun operativ yaddaş tutumu 4, quraşdırılmış yaddaşı isə 128 giqabayta bərabərdir.

Noutbukun korpusunda iki "USB Type-A", enerjinin doldurulması üçün bir "USB Type-C" çıxışı, eləcə də "HDMI", "RS-232" və "Ethernet" portları quraşdırılıb. Əlavə olaraq soyutma sistemi ventilyatoru üçün fiziki dəyişdirici açar nəzərdə tutulub.

"GPD Micro PC" noutbukunun 6 düym diaqonallı ekranının təsvir ölçüsü 1280x720 piksel təşkil edir. Qurğunun ölçüsü 153 x 113 x 23,5 millimetr, çəkisi 395 qramdır.

Qiyməti 300 dollara bərabər olacaq noutbuk üçün ilkin sifarişlərin qəbuluna fevralda başlamaq planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.