Maraqlı

Amazon Go adi mağazalardan 1.5 dəfə daha effektiv olub

12 Yanvar 2019 08:01
0 Şərh     Baxış: 2 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomatlaşdırılmış mağazalarda alış-veriş prosesinin sadə olması sayəsində bu cür mağazaların əldə etdikləri gəlirlər daha çox olub. Bu təcrübə özünü o dərəcədə uğurlu göstərdi ki, Jeff Bezos 2021-ci ilə kimi 3000 ədəd Amazon Go mağazasını işə salmağı planlaşdırır. Beləliklə həmin mağazalar Amazon şirkətinə ildə 4.5 milyard dollar gəlir gətirəcək. Bu barədə Recode saytı xəbər verib. İnsan növbələrinin və nağd pul ödənişi sisteminin olmadığı mağazalar ortalama 24 sat çalışan adi mağazalardan fərqli olaraq 50% daha çox gəlir gətirir. Bu cür nəticəyə RBC Capital Markets şirkətinin analitikləri gəliblər.

Milli.Az technote.az-a istinadən bildirir ki, tədqiqat nəticəsində analitiklər müəyyən ediblər ki, Amazon Go mağazasındakı ortalama qəbz 10$-a bərabərdir. Gün ərzində sözügedən mağazadan alış-veriş edən insanların sayı isə 550 nəfərdir. Beləliklə qeyri-iş günlərini çıxmaq şərtilə Amazon Go il ərzində 1.5 milyon dollar gəlir əldə edir. Milli assossiasiyanın məlumatlarına əsasən Amazon Go böyüklüyündə olan adi mağaza isə il ərzində 1 milyon dollar gəlir əldə edir. Amazon şirkətinin CEO-su Jeff Bezos avtomatlaşdırılmış Amazon Go mağazalarının sayını sürətlə artırmağı planlaşdırır ki, artıq 2021-ci ilə kimi ABŞ-da 3000-ə yaxın bu cür mağaza fəaliyyət göstərsin.

Əgər bu layihə həqiqətən də reallaşsa, deməli Amazon Go mağazalar şəbəkəsi şirkətə il ərzində 4.5 milyard dollar gəlir gətirəcək. Qeyd etmək lazımdır ki, şirkət öz ilk Amazon Go mağazasını keçən ilin əvvəlində Sietl şəhərində istifadəyə vermişdi. Daha sonra şirkət Sietldə daha 8 mağazanı istifadəyə verdi. Şirkət həmçinin Çikaqo və San Fransiskoda da bu mağazalara sahibdir. Keçən ilin oktyabr ayında isə şirkət Nyu Yorkda ilk Amazon Go mağazasının inşasına start vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.