Maraqlı

Dubayda ticarət mərkəzinə su taksisi ilə getmək olacaq

11 Yanvar 2019 21:59
0 Şərh     Baxış: 467

Dubayda ticarət mərkəzlərinin arasında hərəkət edəcək su taksiləri gələn həftədən işə başlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, su nəqliyyatının yeni marşrutu tanınmış "The Dubai Mall" və "Dubai Marina Mall" arasından keçir. Bu yeni təşəbbüsü Dubayın ən iri "Emaar" tikinti şirkəti əmirliyin Yol və Nəqliyyat Komitəsi ilə tərəfdaşlıqda həyata keçirəcək.

Su taksisinın Fars körfəzi və Dubay su kanalında 80 dəqiqəlik hərəkəti zamanı sərnişinlər əmirliyin əsas görməli yerlərini seyr edə biləcəklər. Su taksisi ilə bir dəfə getmək böyüklər üçün 68,25 dirhəmə (18,6 dollar) və 12 yaşına qədər uşaqlar üçün 52,5 dirhəmə (14,4 dollar) başa gələcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.