Maraqlı

Şampunu əvəz edən ən effektli 5 təbii vasitə

11 Yanvar 2019 22:52
1 Şərh     Baxış: 2 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nənələrimiz saçlarını şampunla yumurdu, balzam və kondisionerdən istifadə etmirdi, lakin buna baxmayaraq onların saçları müasir qadınların saçlarından qat-qat gözəl və həcmli idi.

Bunun səbəblərindən biri də keçmişdə saçlara baxım üçün istifadə olunan təbii vasitələrdir. Bu vasitələr həm saçları çırk və yağdan təmizləyir, həm də onları əla qidalandırır.  

Milli.Az saglamolun.az-a istinadən bu vasitələrdən bəziləri ilə tanış edir.

1. Yumurta

Yumurta həm saçları yaxşı yuyur, həm də kondisioner və balzam funksiyasını yerinə yetirir, saçları qidalandırır, uzanmasını sürətləndirir.

Saçın uzunluğundan asılı olaraq 1-2 yumurtanın sarısını çalın, nəm saçlara çəkin, sonra yaxşı yuyun. Sonda saçları sirkə əlavə olunmuş su ilə yaxalayın.  

2. Soda

Tez yağlanan saçlar üçün əsl tapıntıdır. Saçların yağlılığını azaldır, kondisioner kimi təsir edir.

1 stəkan suya 1 x.q. soda əlavə edin, yaxşı qarışdırın. Bu suyu saçınıza çəkin, massaj edin. Sonra saçınızı yaxşı yuyun və ən sonda alma sirkəsi əlavə olunmuş su ilə yaxalayın.

3. Kosmetik gil

Gil yağı və çirki özünə hopdurur və saçları çox yaxşı təmizləyir.

Ağ və ya yaşıl kosmetik gili ilıq su ilə qarışdırın (duru sıyıq kimi alınmalıdır). Gili saçınıza çəkin, adi şampunla kimi yuyun və yaxşı yaxalayın.

4. Xardal

Xardalı ilıq suda qarışdırın, saçınıza çəkin, massaj edin, su ilə yuyun, sonda sirkə və limon şirəsi əlavə olunmuş su ilə yaxalayın.

5.  Çovdar unu

Çovdar unu ilıq suda yaxşı qarışdırın, saçınıza çəkin, massaj edin, su ilə yaxşı yuyun, sonda limonlu və ya sirkəli su ilə yaxalayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.